AZ | RU | EN

Beynəlxalq konfrans iştirakçıları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

09 Sep 2016

Bakıda Gənclərin məşğulluğunun yeni formaları üzrə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Pan-Avropa Regional Şurasının ikigünlük beynəlxalq konfransı işə başlayıb.

Sentyabrın 9-da konfrans iştirakçıları Fəxri xiyabanada müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə çiçəklər düzülüb.
Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

FAYDALI KEÇİDLƏR