AZ | RU | EN

Üzv təşkilatlar

Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının sədri

Xəlilov Məhərrəm Həsən oğlu

 

belediyye1958-ci ildə anadan olmuşdur. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə orta məktəbdə müəllim kimi başlamışdır. 1989-cu ildən 2004-cü ilə kimi «Ümumittifaq neft elmi-tədqiqat institutu»nda, «Telli» kiçik müəssisəsində, «Xəzərin keşiyində», «Azərbaycan ordusu» qəzetlərində, Abşeron rayon Meşə yaşıllaşdırma hissəsində və Nəsimi rayon Veteranlar Şurasında müxtəlif vəzifələrdə işləmişdir. 2004-cü ildən ABİHİ-nin Abşeron rayon komitəsinin sədri olmuş, 2011-ci il fevral ayından Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının sədri vəzifəsinə seçilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, İki övladı var.

FAYDALI KEÇİDLƏR