Baş Kollektiv Saziş haqqında qərar imzalanıb

903

Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2016-2017-ci illər üçün Baş Kollektiv Saziş haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası  qərara alırlar:

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında  2016-2017-ci  illər üçün Baş Kollektiv Saziş bağlanılsın (əlavə olunur).

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Səttar MEHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Məmməd MUSAYEV,
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti

Azərbaycan Respublikasının NazirlərKabineti,  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
və Azərbaycan RespublikasıSahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası  arasında 2016-cı il 15 aprel tarixli 154 nömrəli  qərarla bağlanmışdır.