AZ | RU | EN

“İş yerlərində qadınların diskriminasiya hallarına qarşı mübarizədə onların bacarıqlarının möhkəmləndirilməsi” mövzusunda Beynəlxalq seminar keçirilmişdir

19 Jun 2013

 

Tədbirdə çıxış edən BHİK-in vitse- prezidenti, AHİK-in Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin sədri Cəmilə Səttarova seminarın məqsəd və vəzifələri barədə məlumat vermişdir.

Bildirilmişdir ki, AHİK qadınların iş yerində hüquqlarının tapdalanmasının, ayrı-seçkiliyə məruz qalmalarının qarşısının alınması, onlar üçün nümunəvi şəraitin yaradılması və s. istiqamətlərdə məqsədyönlü işlər aparır. İşləyən qadınlar arasında aparılan sorğular sübut edir ki, Azərbaycanda bu sahədə qanunun kobud şəkildə pozulması halları müşahidə olunmur.

Mərkəzin sədri vurğulamışdır ki, AHİK-in beynəlxalq qurumlarla birlikdə apardığı məqsədyönlü işlər, maarifləndirmə tədbirləri nəticəsində bu sahədə bir çox nailiyyətlər əldə olunmuşdur.

19.06.13.1 19.06.13 19.06.13.3

Qeyd edilmişdir ki, dünyanın başqa ölkələrindən fərqli olaraq Azərbaycanda qadınlar dövlət səviyyəsində yüksək qayğı ilə tam əhatə olunmuşlar.

Seminarda BƏT-in işçi bürosunun baş mütəxəssisi Sergius Qlovasqas iş yerlərində diskriminasiya hallarına qarşı mübarizədə və bərabər hüquqa nail olunmasında həmkarlar ittifaqlarının rolu, qadınların həmkarlar ittifaqlarına daha fəal şəkildə cəlb edilməsi yollarında qarşıya çıxan maneələr və onların aradan qaldırılması ilə bağlı məruzə etmişdir.

BHİK-in siyasi məsələlər üzrə müşaviri Olqa Nikoloe Pan Avropa Regional Şurasının Qadın Komitəsinin strukturu, tərkibi, proqramı və üstün cəhətləri haqqında məlumat vermişdir.

Seminarda iş yerlərində qadınlara qarşı daha çox yayılmış diskriminasiya halları ilə bağlı nümunələr səsləndirilmiş, milli fəaliyyət planının hazırlanmasına dair tövsiyələr verilmişdir.

FAYDALI KEÇİDLƏR