AZ | RU | EN

Bakıda “Türk metal” sendikasının toplantısı keçirilmişdir

12 Jul 2012

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn türkiyəli qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüşlər.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.

Toplantı iştirakçıları Şəhidlər Xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül qoymuşlar.

12.07.12.4 12.07.12.3

Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Xətai adına Mədəniyyət Mərkəzində “Türk-Metal” sendikasının toplantısı keçirilmişdir.

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olmasının iki qardaş ölkənin həmkarlar ittifaqları təşkilatları arasında əməkdaşlıq baxımından əhəmiyyətini vurğulamışdır. AHİK sədri Türkiyənin iri həmkarlar təşkilatının sonuncu qurultayından sonra ilk Direktorlar Şurasının yığıncağının Bakıda keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirmişdir.

S.Mehbalıyev iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə inkişaf etdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Azərbaycanın müstəqilliyini bərpa etməsindən ötən dövr ərzində ölkəmizdə mindən artıq Türkiyə şirkəti fəaliyyət göstərir. Bu şirkətlər tərəfindən Azərbaycana yeddi milyard dollardan çox sərmayə qoyulmuşdur. Eyni zamanda, son 20 ildə Azərbaycan şirkətləri Türkiyəyə səkkiz milyard dollar həcmində investisiya yatırmışlar. Bu sərmayənin yeddi milyard dolları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin payına düşür.

Ölkələrimiz arasında iqtisadi əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirən AHİK sədri diqqətə çatdırmışdır ki, hazırda Türkiyədə 850 Azərbaycan şirkəti fəaliyyət göstərir.

12.07.12.2 12.07.12.1

Tədbirdə çıxış edən “Türk-Metal” sendikasının baş direktoru Pevrul Kavlak Bakıda keçirilən tədbirin əhəmiyyətini vurğulamışdır. Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əlaqələrin inkişafından məmnunluğunu bildirən P.Kavlak demişdir ki, bu toplantı ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə töhfəsini verəcəkdir.

Tədbirdə “Türk metal” sendikasının növbəti dörd il üçün fəaliyyət planı müzakirə olunmuş, gündəlikdə olan məsələlərə dair müvafiq qərarlar qəbul edilmişdir.

İclasda konfederasiyanın bölgə komitələrinin fəaliyyəti və inkişafına dair fikir mübadiləsi aparılmışdır.

Sonda xatirə hədiyyələri təqdim olunmuşdur.

12.07.12.7 

12.07.12 12.07.12.5

FAYDALI KEÇİDLƏR