AZ | RU | EN

Bakıda EPSU-ya üzv Həmkarlar İttifaqı Respublika Komitələrinin beynəlxalq görüşü keçirilib

03 Feb 2015

Görüşdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova rəhbərlik etdiyi qurum haqqında məlumat verib, perspektiv planlardan söhbət açıb.

Yan Vilyam Qudrian bildirib ki, EPSU öz sıralarında 8 milyondan çox üzvü, 265-dən artıq həmkarlar ittifaqı birliyini birləşdirir.

03.02.2015.1

Baş katib qeyd edib ki, Avropa ölkələrindəki həmkarlar ittifaqlarının üzvlərinin sayı getdikcə azalır və bunun qarşısını almaq üçün qarşılıqlı təcrübə imkanlarından istifadə etmək lazımdır. Təqdirəlayiqdir ki, AHİK-in üzvlərinin sayı çoxdur və bu qurumda işlər yaxşı təşkil olunub. EPSU-nun müxtəlif sahələrdə fəaliyyət göstərdiyini vurğulayan baş katib bu fəaliyyətə kollektiv sazişlərin də daxil olduğunu söyləyib.

Görüş müzakirələrlə davam edib.

Sonra qonaqlar AHİK sədrinin I müavini İlyas Əliyevlə görüşüb. Görüş zamanı hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AHİK sədrinin birinci müavini qonaqlara Azərbaycan həmkarlar ittifaqlarına yeni üzvlərin cəlb edilməsi istiqamətində atılan addımlar və bu sahədə ortaya çıxan problemlər barədə məlumat verib. Qeyd edib ki, ölkəmizdə 4 milyondan çox işləmək həddində olan əhali var. Onların böyük əksəriyyəti əmək fəaliyyəti ilə məşğuldur. Həmkarlar ittifaqı üzvlərinin sayı isə 1 milyon 600 mini ötüb. Yeni üzvlər cəlb etmək üçün potensial genişdir. Biz bu potensialdan maksimum bəhrələnməkdən ötrü öz təcrübəmizdən, beynəlxalq təcrübədən istifadə edirik. Daim yeni ünsiyyət formaları axtarırıq. Biz ən yaxşı təbliğat, təsir vasitəsi kimi mövcud ilk təşkilatların fəaliyyətini gücləndirməyi əsas götürürük.

03.02.2015.2 03.02.2015.3

İ.Əliyev bildirb ki, yeni üzvlər cəlb etmək məsələsində həmkarlar ittifaqları daha çox transmilli şirkətlər tərəfindən müqavimətlə üzləşir. Bu işdə sizin Federasiya və digər beynəlxalq qurumların dəstəyinə böyük ehtiyac var.
Hörmətli qonaq da cavab çıxışında AHİK sədrinin birinci müavini ilə həmfikir olduğunu söyləyib. Deyib ki, gələcək fəaliyyətimizdə biz sizin dediklərinizi nəzərə alacağıq.
Görüşdə AHİK sədrinin müavinləri Aqil Dadaşov, Cavanşir Alxasov, Vaqif Eyvazov, katibi-aparat rəhbəri Həsən Cəfərov, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova iştirak ediblər.

Qeyd:

Avropa Beynəlmiləl İctimai Xidmət Birliyi Federasiyasının (EPSU) üzvləri səhiyyə və sosial xidmətlərin, enerji, su və digər kommunal sektorların işçilərindən ibarətdir.
Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (ETUC) ən böyük qurumudur.
Dünya üzrə Beynəlmiləl İctimai Xidmətlər Qurumunun (PSİ) Avropa üzrə bir qoludur.
Prezidenti Anella Nördşrröm, Baş Katibi isə Yan Vilyam Qudriandır.
Azərbaycandan Mədəniyyət, Səhiyyə, Dövlət və İctimai Xidmət, Elektroenergetika və Elektrotexnika Sənayesi, Su Təsərrüfatı, Yerli Sənaye və Kommunal- Məişət Müəssisələri, Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Respublika Komitələri bu qurumun üzvüdür.

FAYDALI KEÇİDLƏR