AZ | RU | EN

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin «Təhsil» istirahət mərkəzi açılmışdır

01 Jul 2013

 

İstirahət mərkəzinin açılış mərasimində Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin üzvləri, yerli icra hakimiyyətinin nümayəndələri  iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə istirahət mərkəzində yaradılmış şəraitlə tanış olmuşlar. Diqqətə çatdırılmışdır ki, təbiət qoynunda salınmış istirahət mərkəzi eyni vaxtda 260 nəfərə xidmət edə bilər. Mərkəzdə təhsil işçilərinin dincəlmələri üçün müasir mehmanxana binası, kotteclər, mini stadionlar, üzgüçülük hovuzu, ilkin tibbi yardım otağı, internet klub istifadəyə verilmişdir.

29.06.13.33 29.06.13.2

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev və Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev açılış mərasimində çıxış edərək bildirmişlər ki, Nabranda istirahət mərkəzinin istifadəyə verilməsi dövlətimizin təhsil işçilərinə diqqət və qayğısının daha bir göstəricisidir.

29.06.13 29.06.13.1

Bildirilmişdir ki, ittifaq üzvlərinin, onların ailələrinin sağlamlığına qayğı göstərilməsi, sanatoriya-kurort müalicəsinin və istirahətlərinin təşkil edilməsi üçün tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

"Təhsil" istirahət mərkəzi əsasən yay məzuniyyəti dövründə təhsil işçilərinə xidmət göstərəcəkdir. Mərkəzdə qış mövsümündə də xidmət göstərilməsi üçün müvafiq işlər görülməkdədir.

nabran1 nabran12 nabran9

nabran2 nabran4 nabran5

nabran13 nabran14

nabran6 nabran7 nabran8

nabran3 nabran10 nabran11

FAYDALI KEÇİDLƏR