AZ | RU | EN

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin IV Məclisi keçirilib

10 Dec 2014

Gündəlikdə ATİAHİ Respublika Komitəsinin Məclis və Rəyasət heyəti üzvləri arasında qismən dəyişiklik edilməsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqında gənclər siyasəti ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr, İttifaqın və Respublika Komitəsinin 2015-ci il üçün büdcələrinin, Komitə aparatının ştat cədvəlinin təsdiqi barədə məsələlər, eləcə də cari məsələlər olub. Gündəlikdə duran məsələlərlə bağlı müzakirələr aparılıb, qərarlar qəbul edilib.

10.12.14.2 10.12.14.1

İclasın sonunda ATİAHİ Respublika Komitəsinin sədri Səttar Mehbalıyev çıxış edərək ölkəmizdə təhsilin mövcud vəziyyətindən danışıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, təhsilə dövlət qayğısı daim hiss olunur. Həmkarlar ittifaqının cəmiyyətdə aparıcı rola malik olduğunu vurğulayan sədr qurumun gələcək işləri ilə bağlı müvafiq tövsiyələr verib.

FAYDALI KEÇİDLƏR