AZ | RU | EN

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 2-ci əlavə

03 Apr 2010


2. Küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır.
3. Tikinti işləri görüldükdə aşağıdakı hallarda işlər dayandırılır:
3.1. küləyin gücü 2 baldan artıq olduqda –kranlar qurulması üzrə quraşdırma işləri;
3.2. küləyin gücü 3 baldan artıq olduqda-qaldırıcıların quraşdırılması və sökülməsi işləri;
3.3. küləyin gücü 6 baldan artıq olduqda- taxta-şalban işi, habelə taxta-şalbanın sökülməsi;
3.4. küləyin gücü 3 baldan artıq olduqda- daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri.
4. Dənizdə işləryərkən aşağıdakı hallarda işlər dayandırılır:
4.1. küləyin gücü 4 baldan artıq olduqda- ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə işləri;
4.2. küləyin gücü 4 baldan artıq olduqda-daimi dəniz özülləri və estakadayanı meydançalar yanındakı buxtalarda barclara, kran gəmilərinə yük vurma və yükboşaltma işləri;
4.3. küləyin gücü 8 baldan artıq olduqda- qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işlər;
4.4. küləyin gücü 6 baldan artıq olduqda-daimi dəniz özüllərində istismar edilən quyularda işlər;
4.5. küləyin gücü 6 baldan artıq olduqda- daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işləri;
4.6. küləyin gücü 8 baldan artıq olduqda- özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki işlər;
4.7. küləyin gücü 8 baldan artıq olduqda- özülün və ya estakadayanı meydançanın döşəməsi altındakı işlər;
4.8. küləyin gücü 4 baldan artıq olduqda- qaynaq tikişinin aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri;
4.9. küləyin gücü 3 baldan artıq olduqda- qaynaq tikişinin şaquli vəziyyətində qoyulduğu bütün növ qaynaq işləri;
4.10 . küləyin gücü 3 baldan artıq olduqda-qaynaq tikişinin tavan vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri;
4.11 . küləyin gücü 5 baldan artıq olduqda- ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə işləri;
4.12 . küləyin gücü 4 baldan artıq olduqda- estakada tikən kranla quraşdırma işləri;
4.13 . küləyin gücü 5 baldan artıq olduqda-kopyor vasitəsilə dayaqlar vurulması işləri ;
4.14 . küləyin gücü 4 baldan artıq olduqda- dəniz neft-mədən qirğularının sökülməsi işləri;
4.15 . küləyin gücü 5 baldan artıq olduqda- daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi) işləri;
4.16 . küləyin gücü 5 baldan artıq olduqda- traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi işləri;
4.17 . küləyin gücü 5 baldan artıq olduqda- estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri;
4.18 . küləyin gücü 10 baldan artıq olduqda- quyunun yuyulması işlərindən başqa, buruqda bütün işlər.
5. Havanın temperaturu Selsi ilə mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni zamanda küləyin gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırılır və ya işçilərə isinmək üçün fasilələr verilir.
6. İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqı təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.
7. ilin soyuq vaxtında örtülü, lakin isidilməyən binalarda temperatur Selsi ilə müsbət 12 14 dərəcədən aşağı olduqda, işçilərə fasilələr verilir və ya iş dayandırılır.
8. İşlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqı təşkilatının birgə qərarı ilə həyata keçirilir.

 

04 dekabr 2009-cu tarixinədək Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş əlavə və dəyişiklərin qəbul edilmə, dərc edilmə, qüvvəyə minmə tarixi göstərməklə siyahısı



Qanunun qəbul edilmə tarixi: Qanun Qanunun dərc edilməsi
1.20 fevral 2001-ci il, 1№88 – IIQD; 30. 03.01
2.27 mart 2001- ci il №107- IIQD; 16. 06. 01
3.05 oktyabr 2001- ci il №178-IIQD; 28. 11. 01
4.05 oktyabr 2001- ci il №186-IIQD; 28. 11. 01
5.12 oktyabr 2001- ci il №195- IIQD; 10.01.02
6.15 noyabr 2001- ci il, №214- IIQD; 29.12.01
7.23 aprel 2002 –ci il №311 – IIQD; 14.05.02
8.24 may 2002 – ci il, №333 – IIQD; 7.07.02
9.03 dekabr 2002-ci il, №391 – IIQD; 15.01.03
10. 24 dekabr 2002-ci il, №409 – IIQD; 10.01.03
11.30 dekabr 2003-cü il, №568 - IIQD; 15. 02.04
12.30 dekabr 2003 –cü il, № 569 - IIQD; 01.02.04
13.05 mart 2004-cü il, № 598 - IIQD; 01.04.04
14.30 aprel 2004-cü il, № 643 - IIQD; 23.07.04
15. 21 may 2004-cü il, №675 - IIQD; 01.07.04
16.01 sentyabr 2004-cü il №729 – IIQD; 14.09.04
17.03 dekabr 2004 –cü il №795 – IIQD; 04.01.05
18.04 mart 2005-ci il, №848 – IIQD; 25.03.05
19.04 mart 2005 –ci il, № 856 – IIQD; 30.04.05
20.15 aprel 2005-ci il, № 888 – IIQD; 20.07.05
21.1 sentyabr 2005-ci il, №980 – IIQD; 25.10.05
22.30 sentyabr 2005-ci il, №1023 – IIQD; 24.11.05
23.30 dekabr 2005-ci il, №44 –IIIQD; 31.12.05
24.3 mart 2006 – cı il, №73 – IIIQD; 27.05.06
25.3 mart 2006-cı il №74 – IIIQD; 01.04.06
26.3 mart 2006-cı il, №77 – IIIQD; 30.03.06
27.10 oktyabr 2006-cı il №155 - IIIQD; 01.12.06
28.10 oktyabr 2006- cı il 152 - IIIQD 28.12.06
29.8 dekabr 2006-cı il 194 - IIIQD 19.12.06
30.19 dekabr 2006-cı il 204 - IIIQD 28.12.06
31.6 mart 2007-ci il 260 - IIIQD 26.05.07
32. 17 aprel 2007-ci il 316 - IIIQD 29.05.07
33.17 aprel 2007-ci il 313 - IIIQD 30.06.07
34. 16 iyun 2007-ci il 389 - IIIQD 21.08.07
35.1 oktyabr 2007-ci il 424 - III QD 27.11.07
36.9 oktyabr 2007-ci il 430 - IIIQD 27.11.07
37.1 fevral 2008-ci il 540 - IIIQD 14.03.07
38.16 may 2008-ci il 608-IIIQD 09.06.08
39.13 iyun 2008-ci il 648 – IIIQD 11.07.08
40.2 oktyabr 2008-ci il 697- IIIQD 30.10.08
41.2 oktyabr 2008-ci il 699 – IIIQD 16.11.08
42.16 dekabr 2008-ci il 743 IIIQD 15.02.09
43.24 fevral 2009-ci il 771 – IIIQD 16.05.09
44.28 aprel 2009-ci il 807 – IIIQD 26.06.09
45.20 oktyabr2009 –cu il 891-IIIQD 24.12.09
46.4 dekabr 2009-cu il 927-IIIQD 24.12.09
47.13 fevral 2009-cu il Azərbaycan 15.02.09
Respublikasının
Prezidentinin fərmanı.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (cıxarış)


Maddə 53. Əmək qanunvericiliyinin pozulması

53.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə -
vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda çərimə edilir.
53.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrin, idarələrin və ya təşkilatların işəgötürənləri tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə -
yeddi yüz manatdan min iki yüz manatadək miqdarda çərimə edilir.
53.3. İşçiyə qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə -
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda çərimə edilir.
53.4. İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə -
vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək miqdarda çərimə edilir.
53.5. İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə -
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda çərimə edilir.
53.6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə -
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda çərimə edilir.
53.7. İşəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə -
vəzifəli şəxslər beş yüz manatdan min manatadək miqdarda çərimə edilir.
53.8. İşəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə -
otuz min manatdan otuz beş min manatadək miqdarda çərimə edilir.
53.9. İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsinə görə -
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.
53.10. İşəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə -
vəzifəli şəxslər üç min manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on üç min manatadək miqdarda cərimə edilir.

Maddə 53-1. Məcburi əmək
Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçinin əmək funksiyasına daxil olmayan işin (xidmətin) yerinə yetirilməsinə məcbur edilməsinə görə -
min manatdan iki min manatadək miqdarda çərimə edilir.

Maddə 53-2. Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürməmə
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, habelə Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürülməməsinə görə -
əlli manatdan doxsan manatadək miqdarda cərimə edilir.

Maddə 53-4. Sosial müavinətlər haqqında qanunvericiliyin pozulması
53-4.1. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial müavinətlərin təyin edilməsi barədə qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə çıxarılmamasına, müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə imtinanın səbəbləri göstərilməklə müraciət edən şəxsə qanunvericiliklə müəyyən edilmiş müddətdə rəsmi məlumatın verilməməsinə və ya imtinanın səbəbləri göstərilməməklə verilməsinə görə -
otuz beş manatdan səksən manatadək miqdarda cərimə edilir.
53-4.2. Müavinət alan şəxs (onun ailə üzvləri) tərəfindən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatın müvafiq icra hakimiyyəti orqanlarına verilməmәsinə görə -
otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.

Maddə 53-5. Həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına üzvlük haqqı köçürməmə
Mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin əmək haqlarından tutulmuş üzvlük haqlarının həmin idarə, müəssisə və təşkilatların həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına köçürülməməsinə görə -
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilirlər.
Maddə 54. Əməyin mühafizəsi qaydalarının pozulması
54.0. Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni:
54.0.1. əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə;
54.0.2. binaların, qurğuların, avadanlığın və texnoloci proseslərin təhlükəsizliyinə riayət edilməməsinə;
54.0.3. bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına;
54.0.4. işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkil edilməməsinə;
54.0.5. normal əmək və istirahət reciminə riayət edilməməsinə;
54.0.6. işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə;
54.0.7. işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğ edilməsinin təmin edilməməsinə;
54.0.8. kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməməsinə və ya onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə;
54.0.9. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməməsinə;
54.0.10. maşın və avadanlıqların fırlanan və ötürücü hissələrinin istehsalçı tərəfindən təchiz edilmiş mühafizə qurğuları olmadan istismar edilməsinə görə -
min manatdan iki min manatadək miqdarda cərimə edilir.

Maddə 55. Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi
İşəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə -
yeddi yüz manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 56. Əməyin mühafizəsi xidmətinin mütəxəssislərinin başqa işlərin yerinə yetirilməsinə cəlb edilməsi
İşəgötürən tərəfindən əməyin mühafizəsi xidmətinin mütəxəssislərinin öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə -
səkkiz yüz manatdan min altı yüz manatadək miqdarda cərimə edilir.

Maddə 57. Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsi
Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsinə görə -
min manatdan iki min manatadək miqdarda cərimə edilir.

Maddə 58. Kollektiv müqavilənin (sazişin) yerinə yetirilməməsi və ya pozulması
Kollektiv müqavilədən (sazişdən) irəli gələn öhdəliklərin işəgötürən tərəfindən yerinə yetirilməməsinə və ya pozulmasına görə -
min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 59. Kollektiv danışıqların aparılması və kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsi
Kollektiv danışıqların aparılması və ya kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsinə görə -
yeddi yüz manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 60. Tətillərdə iştirak etməyə və ya iştirakdan imtina etməyə məcbur etmə
Zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə qorxutmaqla və ya şəxsin maddi cəhətdən asılı olmasından istifadə etməklə onu tətillərdə iştirak etməyə, yaxud iştirakdan imtina etməyə məcbur etməyə görə -
on manatdan otuz beş manatadək miqdarda cərimə edilir.

Maddə 60-1. Seksual qısnamaya məruz qalmış işçilərə qarşı təzyiqin göstərilməsi

Seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə qarşı təzyiqin göstərilməsinə və ya işçinin təqib olunmasına görə -
vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilirlər.

FAYDALI KEÇİDLƏR