AZ | RU | EN

Azərbaycan Həmkarlar İttifaqlarının Əməyin Hüquq müfəttişliyi haqqında Əsasnamə

26 Jul 2004

onların əmək və sosial hüquqlarını müdafiə etmək məqsədi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında, sahə Həmkarlar İttifaqları Respublika komitələrində, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Vilayət Şurasında, Naxçıvan Muxtar Respublikası İşçi Konfederasiyasında Bakı, Sumqayıt, Gəncə, Əli Bayramlı , Mingəçevir və digər şəhərlərin müvafiq iri həmkarlar ittifaqları komitələrinin nəzdində əməyin hüquq müfəttişliyi yaradıla bilər.

1.1 Əməyin hüquq müfəttişliyi, öz səlahiyyətlərini «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikası Qanuna, Sahə Həmkarlar İttifaqları Respublika Komitəsinin Nizamnaməsinə və bu Əsasnaməyə müvafiq olaraq həyata keçirirlər.

1.2 Bu Əsasnamə ilə əməyin hüquq müfəttişliyi qarşısında qoyulan vəzifələri əməyin hüquq müfəttişləri və əməyin baş hüquq müfəttişləri yerinə yetirirlər.

1.3 Həmkarlar İttifaqları birliklərinin xidmət sahəsinə daxil olan müəssisələrdə həmkarlar ittifaqı üzvlərinin sayından , müəssisələrin dağınıq və geniş sahələrdə yerləşməsindən, sahənin iş xüsusiyyətlərindən asılı olaraq əmək müfəttişliyində əməyin baş hüquq müfəttişi, habelə əməyin hüquq müfəttişi ola bilər.

1.4. Əməyin hüquq müfəttişi vəzifəsinə Azərbaycan Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşı ali hüquq təhsilli və ixtisasına görə ən azı üç il əmək stacı olan, Azərbaycan Respublikasının əmək və sosial hüquq normalarını dərindən bilən, azərbaycan dilində mükəmməl danışan, yazıboxuyan, Həmkarlar İttifaqlarının üzvü olan şəxs qəbul edilə bilər.

1.5 Əməyin baş hüquq müfəttişi vəzifəsinə isə Azərbaycan Respublikasında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı olan, ali hüquq təhsilli və ixtisasına görə ən azı beş il əmək stacı olan Dzərbaycan Respublikasının əmək və sosial hüquq normalarını dərindən bilən, azərbaycan dilində mükəmməl danışan, yazıb oxuyan, həmkarlar ittifaqının üzvü olan şəxs təyin edilə bilər.

Əməyin (baş) hüquq müfəttişi vəzifəsinə işə qəbul edilməzdən əvvəl AHİK- rəhbərliyinin və hüquq şöbəsinin razılığı alınmalıdır.

1.6 Əməyin hüquq müfəttişi və eləcədə əməyin baş hüquq müfəttişi vəzifələrinə qəbul və ya təyin olunma tərəflər arasında yazılı formada əmək müqaviləsi bağlanıldıqdan sonra müvafiq həmkarlar ittifaqı təşkilat rəhbərinin sərəncamı ilə rəsmləşdirilir. Əməyin (baş) hüquq müfəttişlərinə vəsiqə verilir.

1.7 Tabeliyində əməyin hüquq müfəttişliyi fəaliyyət göstərən həmkarlar ittifaqı birliyi əməyin baş hüquq müfəttişliyinin, yaxud əməyin hüquq müfəttişliyinin fəaliyyətinə nəzarət edir:onun iş planı təstiq edir:ildə bir dəfədən az olmayaraq onun hesabatını dinləyir: hazırladığı hüquqi sənədləri nəzərdən keçirib,onu bəyənir və ya təstiq edir: aparılmış yoxlama materiallarını kollegial orqanda müzakirə edir və müvafiq qərar qəbul edir.

1.8 Tabeliyində əməyin hüquq müfəttişliyi fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatı əməyin baş hüquq müfəttişləri üçün normal əmək şəraiti yaratmalı, telefon rabitəsi ilə təcviz etməli, müvafiq qanun vericilik və hüquq ədəbiyyatı, habelə müvafiq yazı ləvazimatı və xüsusi blanklarla təmin etməli. Əməyin (baş) hüquq müfəttişi (baş) hüquq müfəttişinin vəzifəsinə aid olmayan işlərin yerinə yetirilməsinə gəlb edilə bilməzlər.

1.9 Əməyin (baş) hüquq müfəttişləri mükafatlandırılması və intizam tənbehinə cəlb olunması Azərbaycan Respublikasının Əmək Məcəlləsi ümumi qaydalarına riayət edilməklə həyata keçirilir.

1.10 Əməyin (baş) hüquq müfəttişi əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etmək üçün ərizə verdikdə müvafiq həmkarlar ittifaqı təşkilatı bu barədə AHİK-in rəhbərliyinə və AHİK-in hüquq şöbəsinə yazılı məlumat göndərilməlidir.məyin (baş) hüquq müfəttişləri ilə bağlanmış əmək müqavilələri işəgötürənin təşəbbüsü ilə AHİK –rəhbərliyinin və AHİK-in hüquq şöbəsinin razılığı olmadan ləğv edilə bilməz.

 

 

II Əməyin (baş) hüquq müfəttişinin əsas vəzifələri


2.0. Əmək qanunvericiliyinə əməl olunmasında ictimai nəzarəti və işçilərin əmək və sosial hüquqlarının təmin etməsi sahəsində əməyin (baş) hüquq müfəttişlərinin əsas vəzifələri aşağıdakılardır:

- həmkarlar ittifaqı birliklərinin və ya əməyin (baş) hüquq müfəttişinin iş planına müvafiq, yaxud həmkarlar ittifaqı birliyi rəhbərliyinin tapşırığı ilə mülkiyyət formasından asılı olmayaraq müəssisələrdə, idarə və təşkilatlarda əmək və sosial qanunvericiliyinə işəgötürən tərəfindən əməl edilməsi və ya həmkarlar ittifaqı komitələrinin əmək qanunvericiliyinin tətbiqində nəzarət funksiyasının həyata keçirilməsi məsələlərini yoxlamaq və məsələni birliyin müzakirəsinə çıxarmaq və ya yuxarı təsərüfat orqanlarına yoxlamanın nəticəsi barədə məlumat vermək və işəgötürənin yaxud həmkarlar ittifaqı komitəsinin müzakirəsinə vermək;

- əhalinin məşğulluğu barədə qanunçğa əməl edilməsinə müəssisə, idarə və təşkilatlardan sərbəstləşdirilən işçilərə sosial təminatların verilməsinə nəzarəti həyata keçirmək;

- həmkarlar ittifaqının üzvü olan işçilərin müdafiə olunması sahəsində həmkarlar ittifaqı birliyinin tapşırığı ilə idarə, müəssisə təşkilatın işəgötürəni, mülkiyyətçisi və ya onun müvəkkil etdiyi idarəetmə orqanı ilə danışıqlar aparmaq;

- əməyin (baş) hüquq müfəttişinin bu Əsasnamə və mövcud qanunvericiliklə öhdəsinə düşən vəzifə borclarını yerinə yetirilməsinə mane olmağa mülkiyyətçinin və ya onun müvəkkil etdiyi idarəetmə orqanının, vəzifəli şəxslərin ixtiyarı yoxdur, əks təqdirdə onlar qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar;

- əmək, sosial və həmkarlar ittifaqları haqqında qanunvericiliyinin, kollektiv müqavilə şərtlərinin pozulması ilə əlaqədar həmkarlar ittifaqı birliyinin verdiyi təqdimatların, çıxartdığı qərarların işəgötürən, mülkiyyətçi və ya onun müvəkkil etdiyi idarəetmə orqanı tərəfindən yerinə yetirilməsinin təmin edilməsinə nail olmaq;

- həmkarlar ittifaqı birliyinin tapşırığı ilə həmkarlar ittifaqı üzvünün və başqa işçilərin xahişi ilə onların əmək və sosial hüquqlarının müdafiəsi barədə iddia ərizəsi ilə rayon (şəhər) məhkəməsinə müraciət etmək; lazım gəldikdə həmkarlar ittifaqı üzvünə məhkəməyə müraciət etməsi üçün sənədlərin toplanmasında ərizələrinin yazılmasında, hüquqi xidmət göstərmək;

- həmkarlar ittifaqı fəallarına, əmək kollektivinə, əmək, sosial və digər sahələrdə qanunvericiliyə əməl edilməsinə ictimai nəzarəti həyata keçirməyə köməklik göstərmək;

- əmək və sosial qanunların, habelə qanunvericilik aktların hazırlanmasında yaxından iştirak etmək;

- həmkarlar ittifaqı təşkilatlarına dövlət, qeyri hökumət, ictimai birliklər tərəfindən işçilərin əmək, sosial və iqtisadi hüquq və mənafelərinə dair göndərilmiş qanun layihələrinin, habelə bu sahədə qüvvədə olan normativ hüquqi aktların və digər hüquqi sənədlərin işçilərin mənafeyinə uyğunlaşdırılması, qanun layihələrinə və mövcud qanunvericiliyə əlavələr və dəyişikliklərin aparılmasında iştirak etmək;

- sahə tarif sazişlərinin hazırlanmasında, müzakirəsində iştirak etmək; sahə tarif sazişləri normalarının icra olunmasına nəzarət etmək;

- kütləvi informasiya vasitələri ilə və başqa metod və üsullarla qüvvədə olan əmək və sosial qanunvericiliyin təbliğatını aparmaq;

- ilk həmkarlar ittifaqları komitə üzvləri, habelə həmkarlar ittifaqları fəalları üçün təsdiq edilmiş tədbirlər planına müvafiq əmək və sosial hüquqlarına dair müxtəlif mövzularda mühazirələrin keçirilməsini təşkil və bu tədbirlərdə iştirak etmək;

- ilk həmkarlar ittifaqları komitə üzvlərinə əmək və sosial qanunvericiliyin yoxlanılması üçün ayrı-ayrı məsələlər üzrə sorğular və ya metodik göstərişlər hazırlamaq;

- həmkarlar ittifaqları üzvlərinə pulsuz yazılı və şifahi hüquq məsləhətlər və izahatlar vermək;

- həmkarlar ittifaqı birliklərinin tabeliyində olan əməyin (baş) hüquq müfəttişinin bu birliyin rəhbərliyinin tapşırığı ilə həmkarlar ittifaqının üzvü olan işçinin əmək və digər sosial hüquqlarla bağlı ərizə, şikayət və müraciətlərinə baxmaq və onlara müəyyən edilmişmüddətlər ərzində yazılı və şifahi cavablar vermək;

- mübahisə xarakterli məsələlərə həmkarlar ittifaqı birliklərinin tapşırığı ilə hüquqi rəy vermək;

- həmkarlar ittifaqının üzvü olan işçinin hüquq və mənafeyini müdafiə etmək üçün tabeliyində olan həmkarlar ittifaqı birliyi rəhbərliyinin sərəncamı əsasında nümayəndə kimi rayon, şəhər məhkəmələrində və habelə appelyasiya və kasasiya instansiyalarında iştirak etmək;

- tabeliyində fəaliyyət göstərdiyi həmkarlar ittifaqı birliyinin hüquq və mənafeyini müdafiə etmək üçün iqtisad məhkəməsində iştirak etmək;

- əmək, sosial və digər qanun və qanunvericilik aktlarını sistemləşdirmək, normativ hüquqi aktlarda aparılan əlavə və dəyişikliklərin vaxtında qeydiyyatını aparmaq;

2.1. Həmkarlar ittifaqı birliyinin əməyin (baş) hüquq müfəttişləri mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək qanunvericiliyinə riayət edilməsi məsələsini yoxlayarkən aşağıdakı normalara daha artıq diqqət yetirməlidirlər;

- əmək müqavilələrinin bağlanılmasına;

- əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsinə;

- işçilərin attestasiyasının keçirilməsində qanunvericiliyin tələblərinə əməl edilməsinə;

- əmək müqavilələrinin – həm işçinin, həm də işəgötürənin təşəbbüsü ilə ləğv edilməsinə;

- əmək müqavilələrinə xitam verilərkən işəgötürən tərəfindən işçilərin hüquq təminatlarının təmin edilməsinə;
- kollektiv müqavilələrin bağlanması üçn danışıqların aparılmasında, kollektiv müqavilənin hazırlanmasında, müzakirələrin aparılmasında onun qəbul edilməsi prosesində məzmununun qüvvədə olan qanunvericiliyə riayət edilməsinə; kollektiv müqavilələrin şərtlərinin qüvvədə olan qanunvericiliyinə uyğun olmasına;

- kollektiv müqavilələrin şərtlərinin işəgötürənlər tərəfindən necə yerinə yetirilməsinə;

- əmək iş və istirahət vaxtı rejiminə və habelə məzuniyyətlərin verilməsinə riayət olunmasında qüvvədə olan qanunvericiliyə əməl olunmasına;

- əmək və icra intizamının təmin olunmasında qanunvericiliyə riayət edilməsinə;

- qadınların, gənclərin yaşı 18-dən az olan işçilərin və habelə əlillərin əmək münasibətlərində və əməklə bağlı olan digər sosial məsələlərə (mənzil, kredit və s.) işəgötürənin qanunvericiliyə riayət etməsinə;
- fərdi və kollektiv əmək münasibətlərinə baxılarkən qanunvericiliyə əmək edilməsinə;

- işçilərin sığorta olunmalarına;

- əmək kitabçalarının saxlanılmasına, qeydlərin aparılmasına və işçiyə qaytarılmasında qüvvədə olan qanunvericiliyə riayət olunmasını.

- əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərin və yaxud bu səbəbdən həlak olmuş işçilərin ailələrpinə müəssisələr tərəfindən zərərin ödənilməsi qaydalarına riayət edilməsinə.

2.2. Əməyin (baş) hüquq müfəttişləri öz vəzifələrini yeriə yetirməklə yanaşı həm də:

- idarə, müəssisə və təşkilatların işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına nəzarət etmək sahəsində həmkarlar ittifaqı komitələrinin fəaliyətini öyrənir və ümumiləşdirir, nöqsanları aşkar edir;

- həmkarlar ittifaqı komitələri tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına ictimai nəzarətin həyata keçirilməsinin vəziyyəti barədə müvafiq həmkarlar ittifaqı birliklərinə Respublika (rayon, şəhər birliklərinə) təqdimatlar göndərir və buraxılmış nöqsanların aradan qaldırılması üçün tədbirlər görülməsini tələbedir;

- tabeçiliyində işlədiyi həmkarlar ittifaqı birliyinin qəbul etdiyi qərarların, verdiyi sərəncamların və digər hüquqi sənədlərin qanuna uyğunluğu barədə rəy verir;

- həmkarlar ittifaqı birliklərinin əmək hüquq müfəttişliyi öz fəaliyyətini, əməyin texniki müfəttişliyi, ictimai təşkilatlarla dövlət orqanalrı, dövlət əmək müfəttişliyi, hüquq mühafizə və ədalət mühakiməsi orqanları ilə sıx təmas da qurur.

 

III.Əmək hüquq müfəttişliyinin fəaliyyəti



3.0.Həmkarlar ittifaqı birliyinin tabeliyində təşkil edilən əməyin hüquq müfəttişliyi əmək, sosial və həmkarlar ittifaqları haqqında qanunvericiliyinə ictimai nəzarəti həyata keçirir və həmkarlar ittifaqı üzvlərin Əmək və sosial hüquqlarını müdafiə edir, onlara pulsuz hüquqi xidmət göstərir, habelə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsinə nail olmağa çalışır.

3.1 Əməyin hüquq müfəttişliyi müəssisə ,idarə və təşkilatların ilk həmkarlar ittifaqı komitəsi nəzdində fəaliyyət göstərən ictimai vəkilliyin, ictimai müfəttişliyin, ictimai hüquq ekspert qrupunun, ictimai hüquq məsləşətxanasının əsasnamələrini hazırlayır, onların iş təcrübəsini öyrənir, onların illik hesabatlarını alaraq təhlil edir, həmin ictimai təşkilatların işlərini ümumiləşdirir, bu ictimai təşkilatların --- və üzvləri üçün seminar məşğələlər keçirir, və onlar üçün metodik vəsaitlər hazırlayır və yerlərə çatdırılmasını ------ edir.

3.2 Əməyin hüquq müfəttişliyi əmək və sosial qanunvericilik aktlarının hazırlanmasında, hüquq təbliğatı sahəsində aktiv iştirak edir.

3.3. Əməyin hüquq müfəttişliyi həmkarlar ittifaqlarının hər bir üzvünün əmək, sosial hüquqlarının pozulması, onlara qarşı ayrı seçkiliyə yol verilməməsi və hüquqlarının məhdudlaşdırılmaması üçün mübariz fəaliyyət göstərir.

3.4. Əməyin hüquq müfəttişliyi əmək münasibəti iştirakçıları arasında əmək və sosial hüquqlarla bağlı mübahisələrin yaranmaması üçün profilaktik tədbirləri işləyib hazırlayır. Tərəflər arasında yarana bilən hər bir mübahisəni qarşılıqlı anlaşılma, məhkəmədən kənar danışıqlar vasitəsi ilə qanuni həll edilməsi yollarını araşdırıb axtarır.

3.5. Əmək və sosial məsələlərlə bağlı müəssisələrin iş təcrübəsini öyrənir, ümumiləşdirir, bu sahələrdə yol verilmiş hüquq pozuntularının qarşısı alınması üçün müvafiq tədbirlər işləyib hazırlayır və həyata keçirilməsini təmin edir.

3.6. Əməyin hüquq müfəttişliyi öz fəaliyyəti ilə hər bir həmkarlar ittifaqı üzvünün pozulmuş əmək və sosial hüququnun bərpası naminə mübariz əzimkarlıq göstərməli və müdafiə funksiyasını həyata keçirərək onun bərpasına nail olmalıdır.

3.7. Əməyin hüquq müfəttişliyi öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasının «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanunu və sosial hüquqlarla bağlı digər qanun və normativ hüquqi aktları rəhbər tutmuşdur.

 

 

IV. Əməyin hüquq müfəttişlərin əsas hüquqları


4.0. Əməyin (baş) hüquq müfəttişi öhdəsinə düşən vəzifələri yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdirlər:
- tabeliyindən asılı olmayaraq Azərbaycan Respublikası ərazisində olan idarələrin, müəssisələrin, təşkilatların mülkiyyətçisi, işəgötürəni və ya onun müvəkkil etdiyi idarə etmə orqanı tərəfindən əmək, sosial və həmkarlar ittifaqları haqqında qanunvericiliyinə əməl olunması, işçilərə sosial təminatların verilməsi məsələsini öyrənmək, habelə bu Əsasnamədə və qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan vəzifələri həyata keçirmək məqsədi ilə idarə, müəssisə və təşkilatlara, ocümlədən həmkarlar ittifaqı üzvlərinin işlədikləri başqa iş yerlərinə heç bir mane olmadan getmək;

- işəgötürəndən, mülkiyyətçidən və ya onun müvəkkil etdiyi idarə etmə orqanlarından şifahi və ya yazılı sorğu əsasında yoxlama, yaxud şikayət zamanı meydana çıxan müddəalar barəsində məlumatları, arayışlarıtələbetmək, səlahiyyətlər və digər materiallarla tanış olmaq, onların surətlərini, habelə zəruri hallarda işlə əlaqədar vəzifəli şəxslərin izahatlarını almaq;

- mülkiyyətçidən, işəgötürəndən, rəhbər və digər vəzifəli şəxslərdən əmək, həmkarlar ittifaqları haqqında və digər sosial qanunvericiliyin pozulması faktlarının aradan qaldırılmasını tələbetmək və bu tələbə əməl edilməsinə nəzarəti həyata keçirmək;

- zəruri hallarda əmək, həmkarlar ittifaqları haqqında və digər sosial qanunvericiliyini pozan və onları aradan qaldırmağa məsul olan vəzifəli şəxslərə apardıqları yoxlama və ya araşdırma barəsində, tərtibetdikləri arayışın surətini mülkiyyətçiyə, işəgötürənə və ya rəhbərə, habelə vəzifəli şəxsə göndərmək;
- həmin arayışda hüquq pozuntusu faktları dəqiq və aydın göstərilməli, hansı qanun və ya normativ hüquqi aktın normalarına (maddəsinin, bölməsinin, fəslinin, hissəsinin, bəndinin və s.) əməl edilməməsi, bu nöqsan və pozuntuların aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi və görülmüş tədbirlər barəsində əməyin hüquq müfəttişliyinə 30 təqvim günündən gec olmayaraq cavab verilməsi xahiş olunmalıdır. Əməyin hüquq müfəttişi müəssisənin mülkiyyətçisinə, işəgötürənə, rəhbər və digər vəzifəli şəxslərə yoxlama və ya araşdırma barəsində göstərdiyi arayışın surətini ilk həmkarlar ittifaqı komitəsinə dəgöndərə bilər. Yoxlama və ya araşdırma barədə tərtib edilmiş arayış ilk həmkarlar ittifaqı komitəsinə göndərildikdə, əməyin (baş) hüquq müfəttişi ilk həmkarlar ittifaqı komitəsinə müvafiq təqdimat verir. Təqdimatda ilk həmkarlar ittifaqı komitəsindən tələb olunur ki, arayışda göstərilən nöqsanların aradan qaldırılması üçün həmin məsələlərə diqqət və nəzarət funksiyasını artırsın, habelə gələcəkdə belə nöqsan və hüquq pozuntularına yol verilməməsi üçün təsirli tədbirlər işləyib hazırlasın, nəticəsi barədə əməyin hüquq müfəttişliyinə 30 təqvim günündən gec olmayaraq yazılı məlumat versin.

- əmək, sosial və həmkarlar ittifaqları haqqında qanunvericiliyin kobud şəkildə pozulmaları, kollektiv müqavilələr və sazişlər üzrə öhdəliklər yerinə yetirilməməsi faktları barədə, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin mülkiyyətçisinə yuxarı idarəetmə orqanına, müvafiq dövlət orqanlarına məlumat verə bilər.

- əmək sosial və həmkarlar ittifaqları haqqında qanunvericilik aktlarının qanunvericilik aktlarının normalarını pozan işəgötürənin, rəhbər və ya vəzifəli şəxslərin məsuliyyətinə cəlb edilməsi üçün muvafiq orqanlar qarşısında məsələ qaldıra bilər.

4.1. Əməyin (baş) hüquq müfəttişi eyni zamanda:

- fərdi və kollektiv əmək mübahisələrin həlli üçün həmkarlar ittifaqı təşkilatına, işəgötürən mülkiyyətçi və ya onun müvəkkil etdiyi idarəetmə orqanı arasında danışıqlar aparılmasına hüquqi yardım göstəir;

- işçilərin hüquqlarının və qanun mənafelərinin pozulması barədə həmkarlar ittifaqı birliyi tərəfindən mülkiyyətçiyə və onun müvəkkil etdiyi idarəetmə orqanına verdiyi arayışın yerinə yetirilməsinə nəzarət edir;
- həmkarlar ittifaqı üzvlərinə və digər işçilərə əmək mübahisələri orqanlarına müraciətləri zamanı hüquqi yardım göstərmək, habelə onların xahişi ilə və ya həmkarlar ittifaqı birliyinin tapşırığı ilə işçinin pozulmuş hüququnun müdafiəsi üçün müvafiq sənədləri toplayır, iddia ərizəsi yazır və ya bu işdə həmkarlar ittifaqları üzvlərinə hüquqi xidmət göstərir və lazım gəldiyi hallarda həmin sənədləri məhkəməyə göndərərək onun məhkəmə prosesində müəyyən edilmiş qaydada ona verilmiş səlahiyyətlər dairəsində işçinin nümayəndəsi kimi çıxış edir, işçinin hüquqlarını müdafiə edir;

- mülkiyyətçinin, işəgötürənin və ya onun müvəkkil etdiyi idarəetmə orqanının təşəbbüsü ilə müəssisənin və onun struktur bölmələrinin ləğv edilməsi, istehsalın tamamilə və ya qismən dayandırılması ilə əlaqədar olaraq işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə aparılan danışıqlarda iştirak etmək və zəruri hallarda qanunvericilikdə nəzərdə tutulan müvafiq tədbirlər görülməsi üçün təşəbbüskarlıq göstərir;

 

 

V. Əməyin hüquq müfəttişlərindən verilən şikayətlərə baxılması qaydası


5.1. müəyyən edilmiş qaydada aparılmış yoxlama və ya araşdırma nəticəsində əməyin (baş) hüquq müfəttişi tərəfindən tərtib edilmiş və yaxud işçilərin müraciətləri ilə aparılmış yoxlamanın nəticələrinə görə mülkiyyətçiyə, işəgötürənə rəhbər və ya vəzifəli şəxsə verilmiş arayışın və məktubun məzmunu ilə razılaşmayan və bu barədə əməyin (baş) hüquq müfəttişinin hərəkətlərindən məktubu aldığı gündən 10 gün müddətində tabeliyində olan həmkarlar ittifaqları birliyinin rəhbərliyinə şikayət verir. Bu şikayətə 1 ay ərzində baxılıb, cavab verilməlidir.

5.2. Şikayətə həmkarlar ittifaqı birliklərinin kollegial orqanında baxılır.

5.3. Həmkarlar ittifaqı birlikləri həmin məsələni kolegial orqanın müzakirəsinə çıxarmamışdan əvvəl AHİK-in hüquq şöbəsi ilə məsləhətləşmə apara, yazılı rəy verilməsi xahiş oluna və ya AHİK-in hüquq şöbəsinin müdiri kollegial orqanın iclasına dəvət oluna bilər.

5.4. Həmkarlar ittifaqı birliyi kollegial orqanı əməyin (baş) hüquq müfəttişi barədə çıxardıtı qərar qətidir və yalnız AHİK sədrinin sərəncamı ilə həmin məsələl ikinci dəfə həmin kollegial orqanın müzakirəsinə verilə bilər.

5.5. Həmkarlar ittifaqı birliyi qəbul etdiyi qərar barədə şikayətçiyə, mülkiyyətçiyə, işəgötürənə, rəhbərə və ya vəzifəli şəxsə yazılı məlumat verməlidir. Əgər müraciətçinin şikayəti əsaslı olarsa əməyin hüquq müfəttişi tənbeh oluna bilər. Mülkiyyətçiyə, işəgötürənə, rəhbərə və ya vəzifəli şəxsə əməyin (baş) hüquq müfəttişinin göndərilmiş arayışında və ya məktubunda qoyulmuş tələblər qanunauyğun deyildirsə, həmin tələbləri icrası həmkarlar ittifaqı birliyi rəhbərliyinin sərəncamı ilə baxılır və ya həmkarlar ittifaqı birliyi tərəfindən həmin sənədlərin qismən icra olunması tələb edilir.

5.6. Əməyin (baş) hüquq müfəttişi həmkarlar ittifaqı birliyinin kollegial orqanı tərəfindən çıxarılmış qərar ilə razı olmadıqda AHİK rəhbərliyinə və ya məhkəməyə müraciət etmək hüququ vardır.

5.7. Əgər müəssisənin mülkiyyətçisi, işəgötürəni, rəhbər və ya vşəxsi həmkarlar ittifaqı birliyinin tələbi ilə əməyin (baş) hüquq müfəttişinin arayışını və ya məktubunu qismən icra etməkdən imtina edərsə, həmkarlar ittifaqı birliyini işçinin (işçilərin) hüquqlarının müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Eyni zamanda onun məsuliyyətə cəlb edilməsi barədə müvafiq orqanları qarşısında məsələ qaldırıla bilər.

 

 

VI. Əmək hüquq müfəttişliyinə metodik və təgrübə rəhbərliyin həyata keçirilməsi


6.0. AHİK-in hüquq şöbəsi hüquq müfəttişliyinin öhdəsinə düşən vəzifələrin həyata keçirilməsinin, əməyin (baş) hüquq müfəttişlərinin hüquqlarının təmin olunmasını təşkil edir.

6.1. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hüquq şöbəsi respublika həmkarlar ittifaqı birliklərinin tabeliyində fəaliyyət göstərən əməyin hüquq müfəttişlərinin işini əlaqələndirir, onların təcrübi metodik rəhbərliyini həyata keçirir.

FAYDALI KEÇİDLƏR