AZ | RU | EN

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilmişdir

23 May 2014

 

ituc-congressQurultayda həmkarlar ittifaqları üzvlərinin sayının artırılması çərçivəsində korparativ strategiyalar, regional məqsədlər, milli strateji kampaniyalar, qeyri-formal sektor və gənclər mövzusunda məsələlər, dayanıqlı iş yerləri, davamlı gəlir və sosial yardım çərçivəsində məşğulluq, kollektiv danışıqlar, sosial müdafiə, pensiya gəlirləri, əmək fəaliyyətində qadınların rolu və s. məsələlər, hüquqların reallaşdırılması çərçivəsində risk zonasında yerləşən ölkələr üçün BHİK-in proqramı, əməkçi miqrantların və yerli millətlərin təşkilatlandırılması, qadınlara qarşı zorakılıq, əməyin mühafizəsi məqsədilə təşkilatlanma, qeyri-standart məşğulluq və digər məsələlər müzakirə olunmuşdur.

Qurultayda Azərbaycan Həmkarlar İttifaqların nümayəndə heyəti də iştirak etmişdir. Nümayəndə heyətinin rəhbəri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev məruzə ilə çıxış etmişdir.

Qurultayın yekununda 161 ölkədən 178 milyon üzvü birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfedrasiyasının rəhbər orqanları seçilmişdir.

 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S. Mehbalıyev qurultayda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilmişdir.

FAYDALI KEÇİDLƏR