AZ | RU | EN

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir

26 Apr 2013

Mərasimi AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev açaraq əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli sosial-iqtisadi inkişaf modelinin Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.

İqtisadiyyatın sürətli inkişafında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rolunu xüsusi vurğulayan sədr, əməyin mühafizəsi işinin yaxşılaşdırılması məqsədilə AHİK-in 2013-cü il üzün “Peşə xəstəliklərinin profilaktikası” adlı tədbirlər planının hazırladığını bildirmişdir.

26.04.13.3 26.04.13.2

Tədbirlər planına uyğun olaraq apreldə Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Oğuz və Biləsuvarda zona tematik seminarları keçirilmişdir. Seminarlarda 50 şəhər və rayonun müəssisə və təşkilatlarının həmkarlar ittifaqı komitələrinin və əməyin mühafizəsi mütəxəssislərinin 330-dan artıq nümayəndəsi iştirak etmişdir. Profilaktik tədbirlərin nəticəsi olaraq 2012-ci ildə əməyin mühafizəsi sahəsində ötən illərə nisbətən 43,7 faiz artım müşahidə edilmişdir.

Konfederasiyanın sədri müasir Azərbaycanın inkişafı və ölkə vətəndaşlarının rifahının yüksəldilməsi istiqamətində genişmiqyaslı işlərin görüldüyünü xüsusilə vurğulamışdır.

Bildirilmişdir ki, AHİK İcraiyyə Komitəsi “Sağlam və təhlükəsiz iş sahəsi yaratmaq sahəsində ilin ən yaxşı müəssisəsi – 2012” adlı müsabiqə keçirmişdir. Müsabiqənin əsas məqsədi Konfederasiyanın üzv və tabeliyindəki müəssisə və təşkilatlarda həmkarlar ittifaqı nəzarətinin səmərəliliyini yüksəltmək, işəgötürənlər tərəfindən işçilərin qanuni hüquq və mənafelərini həyata keçirmək, qabaqcıl iş təcrübələrini yaymaq və istehsalat zədələnmələrinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməkdir.

Müsabiqədə iştirak edən 1200-dən artıq müəssisə, təşkilat, sex və sahə arasından 45-i əməyin mühafizəsi sahəsindəki yüksək göstəricilərinə görə qalib elan olunmuşdur.

Tədbirin sonunda müsabiqənin qalibləri mükafatlandırılmışlar.

26.04.13.4 26.04.13.5

26.04.13.6 26.04.13

FAYDALI KEÇİDLƏR