AZ | RU | EN

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası regional seminarlar keçirmişdir

26 Nov 2013

Seminarlarda çıxış edən AHİK sədrinin müavini C. Alxasov qeyd etmişdir ki,  IV qurultayda ötən  5 il ərzində görülən işlərə yekun vurulmuş, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Prezidenti, zati-aliləri cənab İlham Əliyevə, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar  dünya həmkarlar ittifaqlarına müraciətlər qəbul edilmişdir.

Qurultayın həmkarlar ittifaqlarının qarşısında ciddi vəzifələr qoyduğunu diqqətə çatdıran sədr müavini vurğulamışdır ki, bütün bunları nəzərə alaraq  AHİK-in İcraiyyə Komitəsi regionlarda ilk təşkilatların rəhbərləri, fəalları ilə görüşlərin keçirilməsi barədə mühüm qərar qəbul etmişdir.

noyabr-seminar1 noyabr-seminar noyabr-seminar2

Son dövrlər Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, sənaye potensialının gücləndirilməsi, ərzaq təhlükəsizliyinin tam şəkildə təmin edilməsi, ixrac potensialının artırılması, biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər ictimai təşkilat olaraq Azərbaycan Həmkarlar İttifaqlarının üzvlərini məmnun edir. Bu ilin doqquz ayının nəticələrinə görə, ölkəmizdə ümumi daxili məhsul 5,4 faiz artmış, qeyri-neft sektorunun inkişafı 10,4 faiz olmuşdur. Makroiqtisadi sabitliyin göstəricisi olan inflyasiya cəmi 2,3 faiz təşkil etmişdir. Əhalinin pul gəlirləri təxminən 6 faiz artmışdır. Bu isə real artım deməkdir. Kənd təsərrüfatında artım 4 faiz təşkil etmişdir ki, bu da çox gözəl göstəricidir. Maaş və pensiyaların artırılması prosesi isə daimi xarakter almışdır.

Ulu öndər H.Əliyevin və Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin daim həmkarlar ittifaqlarını dəstəkləmələri, təşkilata qayğıkeş münasibətləri, AHİK-in qurultaylarına təbrik məktubları göndərmələri, xarici ölkələrdən gəlmiş qonaqları şəxsən qəbul etmələri və təşkilat haqqında müsbət rəylər söyləmələri respublika həmkarlar ittifaqlarının nüfuzunun artmasına, qanunvericiliklə ona həvalə edilmiş hüquq və səlahiyyətləri yerinə yetirməsinə möhkəm zəmin yaratmışdır.

AHİK-in IV qurultayı ərəfəsində  Prezident İlham Əliyevin 4 fevral 2013-cü il tarixli sərəncamı ilə 3 nəfər həmkarlar ittifaqı fəalı "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi", 101 nəfər isə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Respublika həmkarlar ittifaqları və onun üzvləri  2013-ilin oktyabrında  keçirilmiş prezident seçkilərində fəal iştirak etmiş,  cənab İ. Əliyevə səs vermişlər.

Seminarlarda çıxış edən AHİK-in katibi-Aparat rəhbəri Həsən Cəfərov həmkarlar ittifaqı fəallarının qarşısında duran vəzifələrdən danışmışdır.

FAYDALI KEÇİDLƏR