Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günü qeyd edilib

72
Azərbaycan Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqında Yol İşçilərinin Peşə bayramı ilə əlaqədar 4 nominasiya üzrə müsabiqə keçirilib. “Əməyin mühafizəsi üzrə ən nümunəvi təşkilat” nominasiyası üzrə 3 təşkilat, “Ən fəal Həmkarlar İttifaqı Komitəsi” nominasiyası üzrə 3 Həmkarlar İttifaqları Komitələri, “Ən peşəkar gənc yol işçisi” nominasiyası üzrə 4 nəfər və “Ən fəal qadın yol işçisi” nominasiyası üzrə 4 nəfər qalib müəyyən edilib.