AZ | RU | EN

Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqı Federasiyasının II konqresi keçirilmişdir

27 Sep 2012

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüşlər.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.

Sonra konqres iştirakçıları Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül qoymuşlar.

27.09.12.3 bust

27.09.12.2 27.09.12.1

Daha sonra Bakı Biznes Mərkəzində təşkil olunan Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqı Federasiyasının II konqresin Türkiyə, Azərbaycan, Rumıniya, Monteneqro, Bosniya və Herseqovina, Gürcüstan və s. ölkələrin sahə həmkarlar ittifaqlarının nümayəndələri iştirak etmişlər.

Tədbirdə federasiyanın prezidenti Cemail Bakındı Avrasiya Federasiyasının I konqresindən sonra görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etmiş, bu sahədə Azərbaycan ilə Türkiyənin əməkdaşlığından danışmışdır.

Konqresdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirmişdir ki, 2007-ci ildə təsis edilmiş Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqı Federasiyası 5 ildən bir özünün konqresini keçirir. Federasiyanın yaradılmasının məqsədi Avrasiya bölgəsində fəaliyyət göstərən sahə həmkarlar ittifaqlarının işçilərin qanuni hüquqlarının qorunması, layiqli əmək, azad, demokratik sosial ədalət prinsiplərinin təmin edilməsi sahəsində üzləşdikləri oxşar problemlərin həllinə dəstək verilməsi, bölgədə yerləşən transmilli şirkətlərlə danışıqların aparılması prosesində qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin təşkilini həyata keçirməkdir. Təşkilat bölgənin 12 ölkəsinin sahə həmkarlar ittifaqlarını birləşdirir. Federasiyanın ilk konqresi 2007-ci ildə İstanbulda keçirilmişdir. İkinci konqresin Bakıda keçirilməsinin ölkəmiz üçün çox böyük əhəmiyyəti vardır.

S. Mehbalıyev Dağlıq Qarabağ probleminə toxunmuş, Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkününün olduğunu iştirakçıların diqqətinə çatdırmışdır.

27.09.12.4 27.09.12.5

Daha sonra S. Mehbalıyev tədbir iştirakçılarına Azərbaycan iqtisadiyyatının inkişafı, bu sahədə aparılan islahatlar, əldə olunan nailiyyətlər, regionların tərəqqisi, ölkədə yeni iş yerlərinin yaradılması, qeyri-neft sektorunun, turizmin inkişafı barədə geniş məlumat vermişdir.

Tədbirdə federasiyanın 2012-2017-ci illər üçün fəaliyyət proqramı təsdiq edilmiş, rəhbər orqanlar seçilmişdir.

FAYDALI KEÇİDLƏR