AZ | RU | EN

Üzv təşkilatlar

Azərbaycan Aviasiya İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
Yusifov Bəkir Aslan oğlu
 
 
aviasiya1956-cı ildə anadan olmuşdur. 1983-cü ildə V.Lenin adına Azərbaycan Pedoqoji İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1977-ci ildə fəhlə kimi başlamış, texnik-konstruktor, 1981-1984-cü illərdə 10№-li texniki peşə məktəbində azad tələbə həmkarlar ittifaqı komitəsinin sədri, təlim-tərbiyə işləri üzrə direktor müavini, Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir.
16 iyul 1993-cü ildə Aviasiya işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. AHİK Məclisinin və İcraiyyə Komitəsinin üzvüdür.
2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə «Tərəqqi» medalı, Rusiya Mülki Aviasiyasının 80 illik, 85 illik yubiley medalları, Rusiya Müstəqil Həmkarlar İttifaqlarının 100 illik medalı, Ümumittifaq Həmkarlar İttifaqları Konfederasiyasının «Həmkarlar ittifaqları hərəkatındakı fəaliyyətinə görə» gümüş medalı, Belarus Həmkarlar İttifaqları Federasiyasının «100 illik» medalı, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının «Şərəf nişanı» ilə təltif edilmişdir.
Milli Aviasiya Akademiyasının dissertantıdır, 6 monoqrafiyanın müəllifidir.
Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən Bəkir Aslan oğlu Yusifov  3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Evlidir. İki övladı var.

FAYDALI KEÇİDLƏR