AZ | RU | EN

Üzv təşkilatlar

Azərbaycan Aviasiya İşçiləri 

Həmkarlar İttifaqı Respublika Komitəsi

 

 

1923-cü ildə aviasiya işçilərinin bir hissəsi Bakıda Yerli nəqliyyat ittifaqında könüllü surətdə “Zakavia” aviator cəmiyyətində   birləşmişdir.

1934-cü ildə sürücü və aviasiya işçilərinin Həmkarlar İttifaqı təsis edilmiş, 1937-ci ilin iyulunda isə birinci Konfransı keçirilmişdir.

Aviasiya İşçiləri HİRK 8 mindən çox həmkarlar ittifaqı üzvünü öz ətrafında birləşdirməklə 17 ilk həmkarlar ittifaqını əhatə edir.

Aviasiya İşçiləri Həmkarlar İttifaqının ali orqanı Konfransdır. Konfrans 5 ildən bir keçirilir. Konfranslararası müddətdə ali orqan Plenum, Plenumlararasında onun icraçı orqanı Rəyasət Heyətidir.

Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Beynəlxalq Aviasiya işçiləri Həmkarlar İttifaqı Birliyinin üzvüdür.

 

FAYDALI KEÇİDLƏR