AZ | RU | EN

ATİAHİ Respublika Komitəsinin mükafatları təqdim edilib

12 Jan 2016

Yanvarın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında təşkil edilmiş futzal, “Nə? Harada? Nə zaman?” intellektual yarışları və “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırması mərasimi keçirilib.

İclasda AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, əldə olunan nailiyyətlərdən bəhs edib.
Sonra “Nə? Harada? Nə zaman?” intellektual yarışında birinci, ikinci və üçüncü yerləri tutmuş Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universitetinin (BDU) komandaları, həmçinin futzal yarışlarının qalibi olmuş BDU, ADİU və Gəncə Dövlət Universitetinin komandaları mükafatlandırılıblar.
Tədbirdə həmçinin “İlin peşəkar gənci” müsabiqəsində orta və ali təhsil müəssisələrinin yüksək nəticələr göstərmiş 20 müəllimi mükafatlandırılıb, fəxri fərmanlar təqdim edilib.

FAYDALI KEÇİDLƏR