AZ | RU | EN

Üzv təşkilatlar

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri
Alıyev İsa Hüseyn oğlu
 
akademiya08.10.1953-cü ildə anadan olub.
1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub, 1975-ci ildə  “Siyasi iqtisad” ixtisası üzrə  oranı bitirib.
1975-ci ildə Elmler Akademiyasının İqtisadiyyat İnstitutunun əyani aspiranturasına qəbul olunub, 1982-ci ildə iqtisad elmlər namizədi, 2005-ci ildə iqtisad elmləri doktoru adını alıb. Professordur. 
1976-1978-ci illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət edib. 
1980-ci ildən İqtisadiyyat İnstitutunda baş laborant, kiçik elmi içi, baş elmi işçi, 1990-cı ildən isə şöbə müdiri seçilib, daha sonralar İnstitutun direktoru olub. Hazırda “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri” şöbəsinin müdiridir.
8 şəxsi, 15 kollektiv monoqrafiyanın, ümumilikdə isə  300-ə qədər elmi məqalənin, tezisin müəllifidir. Bunlardan 40-a qədəri xarici ölkələrdə nəşr edilib. 
Rəhbərliyi ilə 30-dan çox elmlər doktoru, fəlsəfə doktoru və dissertant müdafiə edib. 
100-dən çox elmi-nəzəri, praktiki konfransların  iştirakçısı olub. 
1980-ci ildən pedoqoji fəaliyyətlə məşğul olub. 
Evlidir, 4 övladı var.

 

FAYDALI KEÇİDLƏR