AZ | RU | EN

Ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təqaüdü təqdim olunmuşdur

04 Apr 2013

Mərasimdə AHİK-in və ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışmışdır. Bildirmişdir ki, ölkəmizdə gənclər üçün müxtəlif dövlət proqramları qəbul edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 19 dekabr tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması ölkəmizdə dövlət tərəfindən gənclərə yüksək diqqət və qayğısının göstəricisidir.

Gənclərə dövlət qayğısının daha bir nümunəsi kimi Azərbaycan Prezidentinin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın əhəmiyyətini vurğulayan S.Mehbalıyev bu proqrama uyğun olaraq, 5 min azərbaycanlı gəncin xarici ölkələrin ən nüfuzlu universitetlərində respublikamız üçün vacib olan ixtisaslar üzrə təhsil alması üçün təqaüd ayrıldığını və proqram çərçivəsində minlərlə gəncin dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuduqlarını diqqətə çatdırmışdır.

Qeyd edilmişdir ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədi ilə 1995-ci ildən təsis edilmiş ATİAHİ Respublika Komitəsinin adlı təqaüdündən bu günədək ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 1.600-dən çox tələbə yararlanmışdır. Məqsədimiz, əlaçı tələbə olmaqla bərabər, həm də həmkarlar ittifaqı təşkilatı və ictimai işlərdə fəallıq göstərmiş tələbələrin əməyini qiymətləndirmək, tələbələr arasında elm sahəsində rəqabət mühiti yaratmaqdır.

 Sonra ATİAHİ Respublika Komitəsinin təqaüdü müxtəlif ali təhsil müəssisələrinin 60 tələbəsinə təqdim olunmuşdur.

03.04.13.1 03.04.13.3

03.04.13 03.04.13.4

FAYDALI KEÇİDLƏR