AZ | RU | EN

AHİK sədri Səttar Mehbalıyev İstirahət Mərkəzlərində yaradılan şəraitlə tanış olub

26 Aug 2014

 

AHİK-nın sədri Səttar Mehbalıyev əvvəlcə “Təhsil” İstirahət Mərkəzindəki vəziyyətlə tanış olub, orada dincələn təhsil işçiləri ilə səmimi söhbət edib. Görüş zamanı vətəndaşların istirahət mərkəzində yaradılan şəraitlə bağlı fikirləri dinlənilib, onların təklifləri qeydə alınıb.

26.08.14.8 26.08.14.4 26.08.14.6

 Sonra sədr Dəmiryolçuların Həmkarlar İttifaqı Respublika Komitəsinə aid “Lokomativ” İstirahət Mərkəzində, Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə aid “Ülfət” İstirahət Mərkəzində, Rabitə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tabeliyində olan “Rabitəçi” İstirahət Mərkəzində, AHİK-in tabeçiliyində olan “Şahdağ” İstirahət Evində və “Xəzər” Turis Bazasında yaradılmış şəraitlə tanış olan AHİK-nın sədri Səttar Mehbalıyev jurnalistlərə açıqlamasında bildirib ki, cari ildə həmkarlar təşkilatları xətti ilə 100 min vətəndaşımız üçün Azərbaycanın dilbər guşələrində istirahət etmək imkanı yaradılıb.

26.08.14.3 26.08.14.2 26.08.14.1

Bu vətəndaşlar xidmət haqqının cəmi 15 faizini ödəməklə həm AHİK-nın balansındakı, həm də özəl istirahət mərkəzlərində, sanatoriyalarda yüksək səviyyədə dincəlir. Diqqətə çatdırılıb ki, yüksək dövlət qayğısı nəticəsində AHİK-nın balansındakı bütün istirahət mərkəzləri yenidən qurulub, istirahət üçün hər bir şərait yaradılıb. Hazırda Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin istirahət mərkəzlərinin tikilməsi istiqamətində iş aparılır.

26.08.14 26.08.14.5 26.08.14.9

FAYDALI KEÇİDLƏR