AZ | RU | EN

“Ən yaxşı həmkarlar ittifaqı komtitəsi” baxış müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olundu

01 Oct 2010

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib ki, müsabiqənin keçirilməsində məqsəd ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi və qanuni mənafelərinin qorunmasını daha yaxşı təşkil edən həmkarlar ittifaqı komitəsini müəyyən etmək, onlar arasında sağlam rəqabət mühiti yaratmaq, eyni zamanda qabaqcıl təcrübəni geniş yaymaq, ATİAHİ-nin üzv təşkilatları arasındakı birliyi və icra intizamını gücləndirmək, ilk təşlikatların apardığı işləri təhlil etmək və onlara praktik köməklik göstərməkdir.

İki turdan ibarət müsabiqənin birinci turu şəhər və rayon həmkarlar ittifaqı komitələri tərəfindən 2010-cu ilin mart-aprel aylarında, ikinci mərhələsi isə may ayında keçirilib. Müsabiqəyə 45 təşkilat buraxılsa da, onlardan 10-u qalib seçilib.

“Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi” baxış-müsabiqəsinin nəticələrinə görə, Oğuz rayonu Xaçmaz kənd 1 saylı məktəbin həmkarlar ittifaqı komitəsi, Salyan rayonu 1 saylı məktəbin, Şamaxı rayonu Əngəxaran kənd məktəbinin, Qaradağ rayonu 106 saylı məktəbin, Ağdaş rayonu M.İsayev adına orta məktəbin, Nərimanov rayonu “Tərəqqi” Texniki-Humanitar Liseyin, Qax rayonu 2 saylı məktəbin, İsmayıllı rayonu 3 saylı məktəbin, Goranboy rayonu Təhsil Şöbəsinin və Sumqayıt şəhəri 9 saylı məktəbin həmkarlar ittifaqı komitələri qalib elan olunub. “Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi” baxış-müsabiqəsinin qaliblərinə kompyuter dəsti, Respublika Komitəsinin Fəxri Fərmanı, dilom və qiymətli hədiyyələr təqdim edilib.

Sonda Səttar Mehbalıyev 5 oktyabr – Müəllim günü münasibətilə bütün təhsil işçilərini təbrik edib, onlara uğurlar arzulayıb.

mell3 mell4 mell2

FAYDALI KEÇİDLƏR