AZ | RU | EN

AHİK-in V Məclisinin qərarı

08 Nov 2012

AHİK-in V Məclisi qərara alır:

I. AHİK-in IV qurultayı 2013-cü ilin 5-6 fevralında Bakı şəhərində keçirilsin.

II. Qurultayın aşağıdakı gündəliyi təsdiq edilsin:

1. AHİK-in hesabatı

2. AHİK-in Təftiş Komissiyasının hesabatı

3. AHİK-in Nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi haqqında

4. AHİK-in fəaliyyətinin əsas istiqamətləri haqqında

5. Müraciət və bəyanatlar haqqında

6. Təşkilati məsələlər

III. AHİK-in IV qurultayına nümayəndəlik norması bərabər sayda hər bir üzv həmkarlar ittifaqı təşkilatından 50 nümayəndə müəyyən edilsin.Nümayəndələr üzv təşkilatların qurultaylarında və ya məclislərində (plenumlarında) seçilsin.

IV. AHİK-in və sahə həmkarlar ittifaqlarının nizamnamələrinə əsasən hər bir üzv təşkilatdan birbaşa və bərabər sayda öz qurultayında (konfransda) və ya plenumlarında (məclisdə) AHİK-in Məclisinin tərkibinə 5 nəfər, İcraiyyə Komitəsinə - 1 nəfər üzv seçilsin (Qurultay nümayəndələrinin tərkibinə daxil edilməklə).

Siyahılar qərarlardan çıxarış formasında 01 dekabr 2012-ci ilədək AHİK-in təşkilat işləri və məlumat şöbəsinə təqdim edilsin.

FAYDALI KEÇİDLƏR