AZ | RU | EN

AHİK-in nümayəndə heyəti Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının IX qurultayında iştirak etmişdir

07 Feb 2015

Qurultayı Federasiyanın sədri Mixail Şmakov giriş sözü ilə açaraq iştirakçıları və qonaqları salamlamış, gündəlikdə duran məsələlər barəsində məlumat vermişdir. Qurultaya hesabat məruzəsindən sonra müzakirə olunan məsələlər ətrafında çıxışlar olmuş, daha sonra xarici ölkələrin həmkaqlar ittifaqları nümayəndə heyətləri öz təbriklərini çatdırmış, qurultayın işinə müvəffəqiyyətlər arzulamışlar.

Qurultayda Rusiya Prezidenti Vladimir Putin geniş məruzə ilə çıxış etmişdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin üzvü Səttar Mehbalıyev  Azərbaycan  nümayəndə heyəti adından qurultayı salamlamışdır. AHİK sədri öz çıxışında qeyd edib ki, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası MDB ölkələrinin həmkarlar ittifaqları arasında dostluq və əməkdaşlığın inkişafına böyük töhfələr verir, Federasiyanın sədri  M.Şmakov Rusiya həmkarlar ittifaqlarının tanınmış lideri, həm də Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Ümumavropa Regional Şurasının rəhbəri olaraq dünya həmkarlar ittifaqları hərəkatında yetərincə yüksək nüfuza malik olan həmkarlar ittifaqı lideri kimi tanınır.

                           07.02.15.1  07.02.15.3

S.Mehbalıyev öz çıxışında  vurğulayıb ki,  son illərdə Azərbaycan və Rusiya arasındakı münasibətlər  davamlı olaraq inkişaf edir, ticarət və iqtisadi sahələrdə  əməkdaşlıq yüksək dinamikaya malikdir. Biz Rusiya rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinnin sülh yolu ilə həll edilməsi yolundakı səylərini həmişə qiymətləndiririk. Ölkələrimiz arasındakı əlaqələr strateji əməkdaşlıq çərçivəsində müxtəlif sahələrdə inkişaf edir. Bu isə hər iki ölkənin liderlərinin - prezident Vladimir Putinin və prezident  İlham Əliyevin birgə səyləri nəticəsində mümkün olmuşdur. Ölkələrimizin rəhbərləri bir çox beynəlxalq və regional problemlərin həllində eyni mövqedən çıxış edirlər.

Xalqlarımız və ölkələrimiz arasındakı dostluğun bariz nümunəsi kimi bir faktı göstərmək yerinə düşər ki, ötən ilin yayında  Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalarla əlaqədar Rusiya Federasiyası rəhbərliyinin Azərbaycandan göndərilən kənd təsərrüfatı məhsullarının həcminin artırılması haqqında  müraciətinə ölkəmizin rəhbərliyi, Azərbaycan xalqı diqqətlə yanaşmışdır. Xalqınız üçün bu çətin vaxtda Azərbaycan Rusiyanı dəstəklədi və həmişə dəstəkləməyə hazırdır. Biz dünya siyasəti məsələlərində Rusiyaya qarşı ikili standartların tətbiq olunmasının şahidləriyik. İkili standartların tətbiq olunmasının nə dərəcədə ağır olduğununu başa düşürük, çünki özümüz də dəfələrlə siyasətdə “ikili standartlar”ın qurbanı olmuşuq.

AHİK sədri daha sonra  çıxışında Azərbaycan və Rusiya həmkarlar ittifaqı mərkəzlərini narahat edən bir sıra məsələlərə, ilk növbədə də əmək miqrantlarının hüquqlarının qorunması probleminə ölkəmizin həmkarlar ittifaqlarının mövqeyini açıqlayıb.  Qeyd edib ki,  ölkə xaricində azərbaycanlıların əmək miqrasiyasının cöğrafiyası  çox genişdir. Onların daha çox üstünlük verdikləri isə Rusiya,Türkiyə, Ukrayna, Almaniya və Mərkəzi Avropanın bir sıra ölkələridir.  S.Mehbalıyev sözünə davam edərək bildirib ki, həm gedən, həm də qəbul edən ölkələrin həmkarlar ittifaqları olaraq biz  işçilərin əmək hüquqlarının tapdalanaraq qeyri-leqal şəkildə  istismarına qarşı mübarizə aparmalıyıq.

      07.02.15 07.02.15.2

Əmək miqrantlarının həmkarlar ittifaqlarına cəlb edilməsi, həmkarlar ittifaqı mərkəzləri, sahə strukturları arasında əməkdaşlıq, əməkçi miqrantların sosial-iqtisadi problemlərinin həllinə yönəlmiş milli və sahə sazişlərinin bağlanması işi həmkarlar ittifaqlarının fəaliyyətində mühüm yer tutmalıdır. Bizim bir sıra sahə həmkarlar ittifaqları Rusiyanın, Özbəkistanın, Qazaxıstanın, Serbiyanın, Bosniya və Hersoqovinanın həmkarlar ittifaqları ilə artıq belə sazişlər  imzalamışlar. Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası, Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyası,Türkiyə, Ukrayna həmkarlar ittifaqı mərkəzləri ilə də milli səviyyədə belə sazişlər bağlanıb. 2011-ci ilin martında Beynəlxalq Əmək Təkilatının Moskva Bürosunun iştirakı ilə Yekaterinburq şəhərində Sverdlovsk Vilayətinin Həmkarlar İttifaqı və AHİK arasında Müqavilə imzalanmışdır. Daha sonra analoji Müqavilə Həştərxan Vilayətinin Həmkarlar İttifaqı ilə də bağlanmışdır.

S.Mehbalıyev əminliyini ifadə edib ki, Rusiya və Azərbaycan həmkarlar ittifaqı mərkəzlərinin birgə səyləri ilə əmək miqrantlarının hüquqlarının qorunması sahəsində daha fəal rol oynaya, onlar üçün əlverişli əmək və həyat şəraitinin yaradılmasına  təsir göstərə bilərik.

07.02.15.5 07.02.15.6

S.Mehbalıyev daha sonra bildirib ki, AHİK  Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasınn mütəxəssislərinin iştirakı ilə həmkarlar ittifaqı fəallarının təhsili işində böyük təcrübəyə malikdir. Azərbaycan həmkarlar ittifaqı fəalları hər il Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası və Beynəlxalq Əmək Təşkilatının birgə layihələri çərçivəsində  keçirilən hazırlıq kurslarında iştirak edirlər. Hər il 15 nəfər həmkarlar ittifaqı işçisi  Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının tədris müəssisələrində təcrübə mübadiləsində olurlar. Biz bunu məmnuniyyətlə qeyd edir və Federasiyanın rəhbərliyinə bu həmrəyliyə görə təşəkkürümüzü bildiririk.

Çıxışının sonunda Azərbaycan Həmkarlar İttifaqları Konfederaiyasının sədri qurultayı  Rusiya Müstəqil Həmkarlar İttifaqların həyatında mühüm hadisə kimi səciyyələndirib, ölkə üçün bu mürəkkəb dövrdə qarşıda duran sosial məsələlərin uğurlu həllinə nail olmaq üçün Federasiyanın üzv təşkilatlarının daha sıx birləşməsinin zəruriliyini vurğulayıb və qurultayın işinə uğurlar arzulayıb.

Qurultayda Mixail Şmakov yenidən Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri seçilib.

FAYDALI KEÇİDLƏR