AZ | RU | EN

AHİK-in İcraiyyə Komitəsində iclas keçirilmişdir

09 Dec 2014

 

Sonra Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı Komitəsinin Konfederasiyaya üzvlüyü barədə müraciəti oxunub. Müraciət iclas iştirakçıları tərəfindən məqbul hesab olunub. AHİK-in Təftiş Komissiyasının, Məclisinin tərkibində dəyişikliklər təsdiq edilib. İcraiyyə Komitəsi AHİK-in II Məclisinin dekabrın 19-da, saat 12-də çağırılması təklifini də müvafiq sayıb. Qərara alıb ki, Məclis və Təftiş Komissiyası üzvlərinə maddi yardım göstərilsin.
İcraiyyə Komitəsinin müzakirəsinə çıxarılan növbəti məsələ "Minimum əməkhaqqını yaşayış minimumundan az olmayan səviyyəyə çatdırmaq" şüarı altında keçirilən həmrəylik kampaniyasının gedişi haqqında" adlanırdı. Bəzi düzəlişlərlə qəbul olunmuş qərar layihəsində qeyd edilir ki, minimum əməkhaqqının yaşayış minimumundan az olmayan səviyyəyə çatdırılması istiqamətində aparılan işlər kampaniya müddətində və yüksək keyfiyyətlə həyata keçirilməlidir. Baş Kollektiv Sazişdə əks olunmuş tərəflərin minimum əməkhaqqının artırılmasına dair razılaşmasının icrasına nail olunmalıdır. Ölkə qanunvericiliyinin minimum əməkhaqqı məsələlərinə dair ratifikasiya olunmuş beynəlxalq sənədlərə tam uyğunlaşdırılmasına yönəldilən işlər davam etdirilməlidir.

Layihədə AHİK-in üzv təşkilatlarına tövsiyə olunur ki, sahə (tarif) sazişləri və kollektiv müqavilələr bağlanarkən, müəssisənin, təşkilatın maliyyə vəziyyətini nəzərə almaqla, minimum əməkhaqqının (tarif dərəcəsinin) əmək qabiliyyətli əhalinin yaşayış minimumu səviyyəsində müəyyənləşdirilməsinə xüsusi önəm verilsin (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla).

09.12.14.1 09.12.14

Həmçinin deyilir ki, sahə (tarif) sazişləri və kollektiv müqavilələrdə minimum əməkhaqqı üzrə razılaşmaların yerinə yetirilməsi nəzarətdə saxlanılsın.

Konfederasiyanın Zəhmətkeşlərin Əməyinin və Sosial-İqtisadi Mənafelərinin Müdafiəsi üzrə Şöbəyə isə minimum əməkhaqqının səviyyəsinin yaşayış minimumuna nisbətən vaxtaşırı təhlilini aparmaq tapşırılır.

İcraiyyə Komitəsi "2014-cü ilin 9 aylıq yekunları üzrə ölkədə sosial-iqtisadi vəziyyətə dair təqdimata uyğun olaraq qərar qəbul etdi. Qərarda üzv təşkilatları üçün bir sıra vəzifələr müəyyənləşdirildi. Əsas diqqətin əmək bazarının inkişafı və yeni iş yerlərinin yaradılmasına nail olmaq üçün işəgötürənlərlə birgə fəaliyyətin davam etdirilməsi məsləhət görüldü. Sənəddə diqqətə çatdırıldı ki, kadrların peşə-ixtisas hazırlığı, yenidən hazırlıq və ixtisasların artırılması məsələləri prioritet vəzifələrdən sayılsın.

İcraiyyə Komitəsi Azərbaycan Respublikasının əhalisi arasında xəstələnmə hallarının analitik təhlilini dinlədi və müvafiq qərar qəbul etdi.

İclasda AHİK sədri, millət vəkili Səttar Mehbalıyev yekun sözü söylədi. Gündəliyə çıxarılan məsələlərin ölkəmizdə gedən iqtisadi, sosial proseslər fonunda əhəmiyyətindən, aktuallığından danışdı. Dedi ki, dövlətimizin iqtisadi, sosial siyasətinin uğurlu nəticələrini hər bir Azərbaycan vətəndaşı gündəlik həyatında, öz yaşayış tərzində görür. Respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı regionların inkişafı dövlət proqramları bölgələrimizdə əhalinin məşğulluq səviyyəsinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir. İstehsalın həcmi, artım tempi təkcə region ölkələri üçün deyil, dünyanın əksər ölkələri üçün nümunəyə çevrilib. Respublika üzrə orta aylıq əməkhaqqı 540 ABŞ dollarına çatdırılıb. Ölkə başçımızın rəhbərliyi ilə yeraltı sərvətlərimizdən gələn gəlirlər uzunmüddətli perspektivə hesablanır. Neftdən daxilolmalar qeyri-neft sektorunun inkişafına yatırılır. Dünya bazarına çıxarıla biləcək məhsullar istehsal olunan sənaye müəssisələri yaradılır. Texnoparklar, sənaye kompleksləri yaxın gələcəkdə büdcəmizin tamamilə neft sektorundan asılılığına son qoyacaq.

Səttar müəllim dövlətimizin sosial, iqtisadi siyasətinin reallaşmasında həmkarlar ittifaqları təşkilatlarının mühüm amil olduğunu bildirdi. Həmkarlar ittifaqlarının dövlətçiliyimiz, xalqımızın rifahı naminə fəaliyyətinin istiqamətləndirilməsində AHİK-in, onun İcraiyyə Komitəsinin məsuliyyətini diqqətə çatdırdı.

İclasda gündəlikdə duran məsələlərlə bağlı İcraiyyə Komitəsi üzvləri də öz münasibətlərini bildirdi, təkliflərini səsləndirdi.  

FAYDALI KEÇİDLƏR