AZ | RU | EN

AHİK-də 20 yanvar şəhidlərinin ailələrinə maddi yardım edilmişdir

09 Jan 2015

 

Qanlı Yanvar hadisələrinin baş verdiyi gündən bu günədək Azərbaycan Həmkarlar İttifaqları şəhid  ailələrilə sıx əlaqə saxlayır,  üzləşdikləri problemlərin vaxtında həlli üçün mümkün olan hər şeyi edirlər. Hər il 20 Yanvar hadisələri ərəfəsində faciə qurbanlarının ailələri və əlillər AHİK-də qəbul olunur, problemləri öyrənilir, maddi yardımlar verilir.
Yanvarın 9-da  AHİK-də 117  şəhid ailəsi ilə görüş keçirilmiş, problemləri dinlənilmiş, hər  ailəyə 100 manat məbləğində maddi yardım edilmişdir.

FAYDALI KEÇİDLƏR