AZ | RU | EN

AHİK İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir

24 Oct 2013

 

"Çernobıl AS-də baş vermiş qəza nəticəsində radiasiyanın təsirinə məruz qalmış vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə AHİK-in 2013-2016-cı illər üçün tədbirlər planı" İK-in üzvlərinə təqdim olunmuşdur. Sonra Azərbaycanda gənclərin məşğulluğunda həmkarlar ittifaqlarının mövqeyi açıqlanmış, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2013-2018-ci illər üçün Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində tədbirlər planını müzakirə edilmişdir. Bununla bağlı AHİK sədri, millət vəkili Səttar Mehbalıyev müəyyən məqamlara toxunmuş və qeyd etmişdir ki, “narkomaniya bütün dünyanın bəlasıdır. Təəssüf ki, bu bəla Azərbaycandan da yan keçməyir. Hətta orta məktəblərə qədər sirayət edib. Xüsusilə gənclər arasında geniş yayılıb. S.Mehbalıyev qeyd etdi ki, narkomaniya ilə təsirli mübarizə aparmaq üçün, ilk növbədə, onun yaranma səbəblərini araşdırmaq lazımdır. Bu səbəblərdən biri gənclərin məşğulluğunun hələ də istənilən səviyyədə olmamasıdır.

24.10.13.1 24.10.13.2

AHİK sədri ilk baxışda o qədər də diqqət çəkməyən, lakin olduqca böyük əhəmiyyət daşıyan bir məsələyə toxunmuşdur. Bildirmişdir ki, şagirdlər yay tətili dövründə, sərbəstliyinə, istirahətinə xələl gətirmədən, nəzarət altında olmalıdırlar. Onlar idman yarışlarına, intellektual oyunlara, digər əyləncəli tədbirlərə cəlb edilməlidirlər. Belə yarışlar və oyunlar üçün respublikamızda hər cür şərait var. Son illərdə paytaxtda, şəhər və rayonlarımızda çox sayda olimpiya kompleksləri, şahmat məktəbləri, hovuzlar, digər idman qurğuları, gənclər mərkəzləri tikilib istifadəyə verilib.

S.Mehbalıyev gənclərin, yeniyetmələrin narkotika aləminə yuvarlanmaması üçün vacib saydığı bu tədbirlərin təşkilində həmkarlar ittifaqlarının fəal iştirakçı mövqe tutmasını tövsiyə etdi.

İcraiyyə Komitəsinin müzakirəsinə çıxarılan "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Quvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatının birgə fəaliyyət planı" da bir sıra təkliflərlə daha da təkmilləşdirilmişdir.

İclasın sonunda AHİK sədri İK üzvlərini 9 oktyabr prezident seçkilərinin demokratik şəraitdə, şəffaf və sakit keçməsi münasibətilə təbrik etmiş,və bu kompaniyanı Azərbaycan xalqının seçki mədəniyyətində irəliyə doğru bir addım adlandırmişdır.

Səttar müəllim ilk olaraq cənab İlham Əliyevin prezidentliyə namizədliyini AHİK-in IV qurultayında irəli sürməsini həmkarlar ittifaqının ona böyük inam və etimadının göstəricisi kimi xarakterizə etmiş, seçkilərdə yüksək fəallıq göstərdiyinə görə təşkilatın bütün üzvlərinə təşəkkürünü bildirmişdir.

FAYDALI KEÇİDLƏR