AZ | RU | EN

AHİK-in nümayəndə heyəti Gürcüstan Həmkarlar İttifaqlarının qurultayında iştirak edib

15 Sep 2017

Sentyabrın 14-15-də Tbilisidə Gürcüstan Həmkarlar İttifaqları Birliyinin (HİB) XIII qurultayı keçirilib.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Beynəlxalq Əmək Təşkilatının, Avropa və MDB ölkələri həmkarlar ittifaqı mərkəzlərinin rəhbərlərinin iştirak etdikləri qurultayda Gürcüstan HİB sədrinin hesabatı dinlənilib.

Gürcüstan HİB-in sədri İrakli Petriaşvili qurultayda hesabat məruzəsi ilə çıxış edib, rəhbərlik etdiyi qurumun fəaliyyətindən, beynəlxalq əlaqələrindən danışıb.  Deyib ki, hesabat dövründə Gürcüstan HİB beynəlxalq təşkilatlar, dünyanın qabaqcıl və aparıcı dövlətlərinin həmkarlar ittifaqı mərkəzləri ilə  sıx əməkdaşlıq edib.

Qurultayda AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı  Səttar Möhbalıyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Qurultayın gedişində  AHİK-in sədri Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi, xanım Şaran Barrou ilə, eləcə də müxtəlif ölkələrdən olan həmkarlar ittifaqı mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə AHİK ilə beynəlxalq təşkilatlar, eləcə də dövlətlərin həmkarlar ittifaqı mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi və s. məsələlər müzakirə olunub.

Qurultayın işində AHİK sədrinin müavini Aqil Dadaşov da iştirak edib.
Qurultayda İrakli Petriaşvili yenidən Gürcüstan Həmkarlar İttifaqları Birliyinin sədri seçilib.

FAYDALI KEÇİDLƏR