AZ | RU | EN

AHİK-də Ümumdünya əməyin mühafizəsi gününə həsr edilmiş tədbir keçirilib

28 Apr 2017

2017-ci il aprelin 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının böyük akt zalında Ümumdünya əməyin mühafizəsi gününə (28 aprel) həsr olunmuş «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması  tədbiri keçirilib.

28 aprel – Ümumdünya əməyin mühafizəsi gününə, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» respublika müsabiqəsinin yekunlarına və Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən irəli sürülmüş «Əməyin mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması. Profilaktikamədəniyyətininmöhkəmləndirilməsi» devizinə həsredilmiş tədbir  istehsalatdabaş vermiş bədbəxthadisələrnəticəsində həlak olanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməs ilə başlanıb.

Tədbirdə AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev giriş sözü ilə çıxış edib. AHİK sədri çıxışının əvvəlində  sosial tərəfdaşlarımız olan, müsabiqənin keçirildiyi ilk gündən bu günə kimi bizimlə bir yerdə olmuş, bütün tədbirlərimizdə yaxından iştirak etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinə öz təşəkkürünü bildirib.

S.Möhbalıyev məlumat verib ki, Ümumdünya əməyin mühafizəsi günü ilk dəfə 1989-cu ildə ABŞ və Kanadada istehsalatda həlak olmuş işçilərin xatirəsini yad etmək üçün anım mərasimi kimi keçirilib. Azad Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası və Dünya Həmkarlar İttifaqları Konfederasiyaları layiqli əmək şəraiti yaradılması işinə diqqəti cəlb etmək məqsədilə həmin günü ümumdünya tədbiri günü elan ediblər. Azərbaycanda bu tədbir 2004-cü ildən etibarən hər il qeyd olunur.

BƏT-in məlumatına görə,dünyada hər gün istehsalatda baş verən bədbəxt hadisələr və xəstələnmələr nəticəsində 5000-dən çox insanhəlak olur.

Hər il istehsalatda 2,0-2,3 milyon insan həyatını itirir, onlardan 300.000 nəfəri istehsalat xəsarəti nəticəsində, 1,7-2,0 milyon nəfəri isə müxtəlif xəstəliklərdən ölürlər.

MDB üzrə statistik məlumatlara əsasən hər il region ölkələrində istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 2 min insan həlak olur. Peşə xəstəliklərindən həlak olanların sayı isə bədbəxt hadisələrdən ölənlərin sayından 6 dəfə çoxdur.

     İstehsalat zədələnməsi ilə əlaqədar respublikada yaranmış vəziyyətə nəzər salsaq görərik ki, 2015-ci ilə nisbətən həmkarlar ittifaqının əhatə dairəsinə daxil olan müəssisə və təşkilatlarda istehsalat xəsarəti alanların sayı 33,8 faiz (71 nəfərə qarşı 95 nəfər),istehsalat xəsarəti nəticəsində həlak olanların sayı 48,5 faiz (33 nəfərə qarşı 49 nəfər,artıbdır. Respublika üzrə istehsalatda xəsarət alanların ümumi sayının 55,6 faiz (160 nəfərə qarşı 249 nəfər), istehsalat xəsarətindən ölənlərin sayının isə 71,4 faiz (49 nəfərə qarşı 84 nəfər) artmasına səbəb olubdur.

     Biz, həmkarlar ittifaqları olaraq, yaranmış vəziyyəti araşdıraraq, heç də həmişə ürəkaçan olmayan istehsalat zədələnmələrinin dinamikasına biganə qala bilmərik.

     2016-cı il ərzində 26 sahə həmkarlar ittifaqı orqanının xidmətlərinə daxil olan müəssisə və təşkilatlarda texniki əmək müfəttişliyi tərəfindən 643 müəssisə və təşkilatlarda 2015-ci ilə nisbətən 25,3% yoxlamaların sayı (513 müəssisəyə qarşı 643 müəssisədə) artıb. Əməyin mühafizəsinə, istehsalın sanitar-gigiyenası və əməyin təhlükəsizliyinə dair aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq qaydada tövsiyyələr verilib.

     Aşkar edilən pozuntuların aradan qaldırılmasına nəzarətin gücləndirilməsi nəticəsində bu pozuntuların 92,4 faizimüəyyən edilmiş müddətlərdə aradan qaldırılıb.

     Texniki əmək müfəttişlərimizin 2016-cı ildə həyata keçirdiyi yoxlamaların nəticəsi olaraq 1885 işçi əlverişsiz əmək şəraitindən, 59 ağır fiziki işə məruz qalmış işçilər iş yerlərindən çıxarılmış və 713 texnoloji avadanlıqlar təhlükəsizlik tələblərinə uyğunlaşdırılıb.
Aparılan profilaktik nəzarətin nəticəsi olaraq yoxlanan müəssisələrdə hər 14 işçinin həyatı üçün risk faktorları aradan qaldırılıb.

Keçirilən bütün bu tədbirlər və aparılan ardıcıl iş əməyin mühafizəsi və işçilərin zədələnmə və ölüm göstəricilərinə təsir edibdir. 2017-ci ilin birinci rübünün nəticələrinə görə 2016-cı ilin analoji dövrü ilə müqayisədə həmkarlar ittifaqlarının əhatəsində olan müəssisələrində ölümlə nəticələnən bədbəxt hadisələrin sayı 71,5 faiz (7 nəfərə qarşı 2 nəfər) azalıbdır.

AHİK sədri vurğulayıb ki, əməyin mühafizəsi AHİK-in daima diqqət mərkəzində saxladığı prioritet məsələlərindən biridir. Bu həm də ondan irəli gəlir ki, həmkarlar ittifaqlarının üzvlərinin əksəriyyəti əhalinin işləyn təbəqəsinə aiddir. Hər bir həmkarlar ittifaqı üzvünün layiqli iş şəraitində çalışmasının təmin olunmasına ictimai nəzarəti də əsasən həmkarlar ittifaqları təşkilatları gündəlik olaraq həyata keçirirlər. Onu da qeyd etmək istəyirəm ki, bu işdə bizim təşkilatlarla Dövlət Əmək Müfəttişliyi Xidmətiarasında sıx əlaqələr yaranıbdır. Bu əməkdaşlıq həmçinin 2012-ci ildə yaradılmış «Təhlükəsiz və sağlam əmək şəraiti üzrə Milli Şura» və bu il yaradılmış «Əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası komissiyası» çərçivəsində aparılır.

Bildiyiniz kimi, mütəmadi olaraq hər iki ildən bir AHİK tərəfindən hazırlanan və sosial tərəfdaşlarla razılaşdırılıb imzalanan Baş Kollektiv Sazişdə əməyin mühafizəsinə, texniki və ekoloji təhlükəsizlik məsələlərinə dair əsas müddəalar daxil edilir. 2016-2017-ci illər üçün bağlanmış Baş Sazişdə bu sahədə aşağıdakı öhdəliklər nəzərdə tutulub:

- Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiyanın;

- İşçilərə pulsuz müalicə profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraiti olan istehsalatların Siyahısının;

 - Əməyin təhlükəsizliyi normaları və standartları üzrə Milli İnformasiya Sistemi və s. hazırlanması.

Ümumiyyətlə, həmkarlar ittifaqları əmək qanunvericiliyi normalarının, təhlükəsizliyinin və əməyin mühafizəsinin işəgötürənlər tərəfindən pozulması hallarının qarşısının alınması işini daim nəzarətdə saxlayırlar. İşçinin qanunsuz işdən çıxarılması, əmək münasibətlərinin sənədləşdirilməməsi, əməkhaqlarının ödənilməsinin gecikdirilməsi, istehsalat zədələnməsi və işçinin əmək qabiliyyətinin itirilməsinə görə ödənclərin verilməməsi, işçinin məcburi olaraq müddətli əmək müqaviləsinə cəlb edilməsi kimi hər bir pozuntu halları həmkarlar ittifaqlarının qətiyyətli münasibətindən kənarda qalmır.

Hər bir işçinin əmək şəraitinin maksimum təhlükəsizliyinin təmin olunması işəgötürənin məsuliyyətinə aiddir. Amma onu da qeyd etmək lazımdır ki, bir çox hallarda işçilər öz hüquqlarını lazımi səviyyədə bilmədiyindən xəsarət alır, həlak olurlar. Əmək Məcəlləsinin 230-cu maddəsinə görə «İşəgötürən tərəfindən təhlükəsiz əmək şəraiti təmin edilmədikdə və bununla əlaqədar sağlamlığı və həyati üçün təhlükə olduqda, işçi əmək funksiyasının icrasından imtina və müəyyən olunmuş qaydada təkbaşına tətil elan edə bilər. Bu halda işçi hər hansı məsuliyyət daşımır».

Həmkarlar ittifaqları üzvləri arasında maarifləndirmə işləri həmişə diqqət mərkəzindədir. Bu məqsədlə respublika miqyasında keçirilən seminarlar, müşavirələr, müsabiqələrə minlərlə işçi cəlb olunur.  

S.Möhbalıyev daha sonra deyib ki,dövlət orqanlarının, ictimaiyyətin, mütəxəssislərin diqqətini əməyin mühafizəsi problemlərinə yönəltmək məqsədilə həmkarlar ittifaqları ənənəvi olaraq hər il «28 aprel-Ümumdünya əməyin mühafizəsi günü»nü geniş şəkildə qeyd edir.

1996-cıildən işdə ölən və zədələnən işçilərin xatirəsinə həsr olunmuş bu beynəlxalq tədbirin keçirilməsində əsas məqsəd iş yerlərində işçilərin əməyinin mühafizəsini təşkil etmək, baş verə biləcək bədbəxt hadisələri minimuma endirməkdir.

     Əməyin mühafizəsi işinin yaxşılaşdırılması məqsədilə AHİK 2017-ci il üçün Beynəlxalq Əmək Təşkilatının tövsiyyəsinə uyğun olaraq «Əməyin mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması. Profilaktika mədəniyyətinin möhkəmləndirilməsi» devizi altında tədbirlər planı hazırlayıb.

Tədbirlər planına əsasən bu günə kimi 18 bölgə üzrə tematik seminarlar keçirilib. Seminarlarda regionlar üzrə dövlət əmək müfəttişləri və rayon icra hakimiyyətinin nümayəndələri, 114 şəhər və rayon müəssisə və təşkilatlarının həmkarlar ittifaqı komitələrinin və əməyin mühafizəsi mütəxəssislərinin 1985-dən artıq nümayəndəsi iştirak edib.

AHİK sədri tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, son illər ərzində AHİK-in təşəbbüsü ilə bir sıra tematik baxışlar və müsabiqələr keçirilib.  2009-cu ildən başlayaraq hər il «Sağlam və təhlükəsiz əmək şəraiti yaradılması üzrə ilin ən yaxşı müəssisəsi və təşkilatı» adı uğrunda müsabiqə keçirilir. Keçirilənbütün müsabiqələrdə ümumilikdə 7 il ərzində 9328 müəssisə iştirak edib, onlardan 297 qalib hesab ediliblər və fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar. Bu o deməkdir ki, 9 mindən çox müəssisənin işəgötürənləri müsabiqədə iştirak etmək üçün təşəbbüs və fəallıq göstərib, müvafiq tədbirlər həyata keçirib, müəssisələrində işçilərə sağlam və təhlükəsiz iş şəraiti yaratmağa çalışıblar. S.Mehbalıyevməmnuniyyətlə qeyd edibki, həqiqətən də xeyli müsbət nəticələr əldə edilib. Amma bunların arasından 297 müəssisə qalib elan edilibsə, deməli həmin müəssisələr bizim müsabiqənin tələblərinə, standartlara cavab verə biləcək bir səviyyəyə çatıblar. Hesab edirəm ki, bu işin davam etdirilməsi həm bizim, həm də işəgötürənlərin xeyrinə olacaqdır. Nəticədə isə işçilərimiz sağlam və təhlükəsiz iş şəraiti ilə təmin olunacaqlar.
 
Keçən ildə keçirilən «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» devizi ilə əlaqədar respublika müsabiqəsinin 2016-cı ilin yekunlrının nəticəsinə görə AHİK-in müsabiqə komissiyası 172-dən çox müəssisənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb və 20 sahə həmkarlar ittifaqını təmsil edən 46 müəssisə, təşkilat, sex və sahə daim yüksək göstəricilərə nail olduğuna görə qalib elan olunub.

2016-cı ildə 15052 işçini, o cümlədən 4377 qadın işçini əhatə edən 46 müəssisə və təşkilatlarda həmkarlar ittifaqıkomitələri, əməyin mühafizəsi üzrə komissiyaları və müvəkkilləri nəzarət-profilaktika  işini yüksək səviyyədə təşkil edib, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi, işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində 254 yoxlama həyata keçiriblər. Müəssisələrin 22-də bütün işçilər zərərli iş şəraitindən kənarlaşdırılıb, 20 müəssisədə isə belə şəraitdə işləyənlərin sayı orta hesabla 37,3 faiz azalıb.
 
 AHİK sədri deyib ki, göründüyü kimi müəyyən müsbət nəticələr əldə olunub və ümidvar olduğunu bildirib ki, ki, işçilərə normal iş şəraitinin yaradılması üzrə işlər AHİK, onun üzv təşkilatları və işəgötürənlər tərəfindən bundan sonra da davam etdiriləcəkdir.

Çıxışının sonunda S.Möhbalıyev «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» Respublika müsabiqəsi qaliblərini qazandıqları bu yüksək nailiyyətə görə tədbir iştirakçıları adından və şəxsən öz adından təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev, Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Beynəlxalq Əmək Təşkilatının Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyəv  çıxış etdilər.

Sonda 20 sahə həmkarlar ittifaqını təmsil edən 46 müəssisə, təşkilat, sex və sahə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim olundu.

 

FAYDALI KEÇİDLƏR