AZ | RU | EN

AHİK-də tələbələrə adlı təqaüdlər və mükafatlar təqdim olundu

02 Mar 2016

2016-cı ilin mart ayının 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdlərinin və 2015-ci ildə beynəlxalq tədbirlərdə uğur qazanan bir qrup tələbəyə Fəxri Fərmanlar və pul mükafatlarının təqdim edilməsi  mərasimi keçirilib.

AHİK-i sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev tələbələri adlı təqaüdlər və mükafatlar almaları münasibətilə təbrik edib və onlara təhsildə yeni uğurlar arzulayıb.Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis edilib. Təqaüd qış və yay imtahan sessiyalarının nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan və həmkarlar ittifaqı fəalı olan tələbələrə verilir. Bugünkü tədbirdə 20 ali məktəbin 61 nəfər tələbəsinə adlı təqaüd təqdim edilib. İndiyə qədər isə 1907 tələbə bu ada layiq görülüb.
Eyni zamanda 2015-ci ildə beynəlxalq miqyaslı musiqi, incəsənət, idman və elmi müsabiqələrdə iştirak edərək yüksək nailiyyətlər qazanan 22 tələbə də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı və pul mükafatları ilə təltif edilib.

FAYDALI KEÇİDLƏR