AZ | RU | EN

Şagirdlərə bayram hədiyyələri verilmişdir

27 Dec 2011

 

Məktəbin kollektivi ilə görüş zamanı ATİAHİ Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov çıxış edərək onları ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyevin adından salamlamışdır. Bildirmişdir ki,   bayram günlərində vətənimizin keşiyində duran əsgər və zabitlərimizə, erməni işğalı nəticəsində əhalisi yurd-yuvasından didərgin düşmüş rayonların təhsil müəssisələrinə bayram sovqatlarının aparılması ənənəvi hal almışdır. Hər il 31 dekabr Dünya Azərbaücanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə hədiyyələr alınaraq qaçqın və məcburi köçkün həyatı yaşayan şagirdlər arasında paylanır. Ş.Əsgərov qeyd etmişdir ki, builki bayramda ATİAHİ Respublika Komitəsi tərəfindən ümumi dəyəri 50 min manat olan 10 minə ədədə yaxın hədiyyə alınmışdır.

Çıxışının sonunda sədr müavini şagirdləri bayram münasibətilə təbrik etmiş, onlara növbəti bayramı Şuşada keçirməyi arzu etmişdir. Sonra məktəbin şagirdlərinin hər birinə bayram hədiyyəsi təqdim edilmişdir.

 

26.12.11 26.12.11.1

 

FAYDALI KEÇİDLƏR