AZ | RU | EN

28 aprel -Ümumdünya əməyin mühafizəsi günü ilə əlaqədar tədbir keçirilmişdir

29 Apr 2014

 

Tədbirdə ilk olaraq çıxış edən AHİK  sədri, millət vəkili  Səttar Mehbalıyev bildirib ki, işdə ölən və zədələnən işçilərin xatirəsinə həsr edilən bu beynəlxalq tədbirin keçirilməsində əsas məqsəd iş yerlərində işçilərin əməyinin mühafizəsini təşkil etmək, baş verə biləcək bədbəxt hadisələrin sayını minimuma endirməkdir.

Onun sözlərinə görə, 2004-cü ildən 28 aprel ümumdünya əməyin mühafizəsi günü kimi ölkədə qeyd edilir: "Son 10 il müddətində AHİK tərəfindən müxtəlif mövzularda "Hər bir iş yerində əməyin mühafizəsi mədəniyyəti", "Layiqli iş yeri -təhlükəsiz əmək", "Mənim həyatım, mənim işim, mənim təhlükəsiz əməyim" devizi ilə və nəhayət 2009- cu ildən  başlayaraq davam edən "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı təşkilatı və müəssisəsi uğrunda" respublika baxış-müsabiqəsini təşkil edib, 15000 artıq dinləyicini əhatə edən 400 zona seminarı keçirib".

S. Mehbalıyev çıxışı zamanı onu da qeyd edib ki, keçirilən müsabiqələrin əsas məqsədi Konfederasiyanın üzv və tabeliyindəki müəssisə və   təşkilatlarda həmkarlar ittifaqı nəzarətinin səmərəliliyini yüksəltmək, işəgötürənlər tərəfindən işçilərin qanuni hüquq və mənafelərini həyata keçirmək, onlar üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmaq, qabaqcıl iş təcrübələrini yaymaq və təbliğ etmək, hər bir iş yerində təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində həmkarlar ittifaqı təşkilatlarmı və işəgötürənləri mənəvi və maddi cəhətdən həvəsləndirmək, istehsalat zədələnmələrinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək, əməyin mühafizəsi üzrə komissiyalara, ictimai səlahiyyətli nümayəndələrə rəhbərlik edən həmkarlar ittifaqı təşkilatlarına köməklik göstərməkdən ibarətdir: "2009- 2012-ci illər ərzində keçirilən Respublika baxı -müsabiqəsində 2468 müəssisə, təşkilat sex və sahə müsabiqədə iştirak edən 292 müəssisənin namizədliyi müzakirəyə çıxarılıb, onlardan 137 müəssisə, təşkilat, sex və sahə daha yüksək göstəricilərə nail olduğuna görə qalib elan olunub. 2013-cü ildə AHİK-in IV qurultayına həsr olunan "Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq sahəsində ilin ən yaxşı müəssisəsi" uğrunda keçirilən müsabiqədə isə 1500-dən artıq müəssisə, təşkilat, sex və sahə iştirak edən 19 sahə həmkarlar ittifaqmı təmsil edən 33 müəssisə, təşkilat, sex və sahə qalib elan olunub".

19.04.14.1 19.04.14.2

19.04.14

"Müsabiqənin keçirildiyi 2013-cü il ərzində 10382 işçini, о cümlədən 3799 qadın işçini təmsil edən 33 müəssisə və təşkilatda həmkarlar ittifaqı komitələri, əməyin mühafizəsi komissiyaları və müvəkkilləri nəzarət-profilaktika işini yüksək səviyyədə təşkil edib, əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi, avadanlığın, maşın və mexanizmlərin təhlükəsiz istismar edilməsi, işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində 237 tədbir həyata keçiriblər" - deyə, sədr fikirlərinə əlavə edib.

Daha sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli deyib ki, əməyin mühafizəsi qaydalarının pozulmasına görə dünyada 2 milyon 340 min nəfərə yaxın insan həlak olur: "Azərbaycanda isə il ərzində 250-ə yaxın insan həyatını itirir. Son illər ərzində isə bu rəqəm 80-ə düşüb. Əvvəllər 100 min nəfərə 16 belə hadisə düşürdüsə, hazırda bu rəqəm 4-5 dəfəyə düşüb. Bu da o deməkdir ki, insan ölümünün sayı azalıb".

Nazir müavini onu da qeyd edib ki, Əməyin mühafizəsi Fondunun yaradılması mövcud problemlemlərin aradan qaldırılması istiqamətində öz töhfəsini vermiş olacaq: "İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaxşılaşdırılması istiqamətində işlər bundan sonra daha da gücləndirilməlidir".

 Qeyd edək ki, AHİK 2014-cü il üçün BƏT-in tövsiyəsinə uyğun olaraq "İş yerbrində kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi üzrə təhlükəsizlik tələbləri" devizi altında tədbirlər planı hazırlayıb. Tədbirlər planında Həmkarlar İttifaqlarına xidmətinə daxil olan müəssisə və təşkilatlarında kimyəvi maddələrin istifadəsi barədə məlumatların toplanması, risklərin aradan qaldırılması, azaldılması üçün iş yerlərində kimyəvi maddələrdən istifadə zamanı təhlükəsizlik tələblərin təmin edilməsi və risklərin aradan qaldırılması və azaldılması üçün həyata keçirilən qabaqlayıcı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Nəzərdə tutulan tədbirlər planında Həmkarlar İttifaqlarının xidmətinə daxil olan müəssisə və təşkilatların iş yerlərində kimyəvi maddələrin istifadəsi barədə məlumatların toplanması risklərin aradan qaldırılması, azaldılması üçün iş yerlərində kimyəvi maddələrdən istifadə zamanı təhlükəsizlik tədbirlərinin təmin edilməsi və iş yerlərində kimyəvi istifadə zamanı risklərin aradan qaldırılması və azaldılması üçün həyata keçirilən qabaqlayıcı tədbirlərin keçirilməsi mövzuları olub.

FAYDALI KEÇİDLƏR