AZ | RU | EN

2007-ci ildə İstehsalatda baş vermiş bədbəxt hadisələrin vəziyyəti, sahə həmkarlar ittifaqları komitələri tərəfindən əməyin mühafizəsi sahəsində görülən işlər barədə məlumat

06 Jun 2008

əməyin və ətraf mühitin mühafizəsi, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qayda və normalara riayət olunması sahəsində müəyyən işlər görülmüşdür.

Belə ki, həmkarlar ittifaqları hakimiyyət strukturlarının, ictimaiyyətin, mütəxəssislərin respublikada əməyin mühafizəsi problemlərinə diqqətini cəlb etməyin vacib forması kimi «Ümumdünya əməyin mühafizəsi günü» (28 aprel) münasibətilə keçirilən tədbirlərdə bütün səviyyələrdə iştirak etmişlər.

2007-ci ildə 4 zona üzrə (Göranboy, Mingəçevir, Şamaxı, Şəki) təşkil olunmuş seminarların işində 25 şəhər və rayonun müəssisə, idarə və təşkilatlarından 350 nəfər həmkarlar ittifaqı komitəsi sədri ilə yanaşı dövlət nəzarət orqanlarının region üzrə dövlət əmək müfəttişləri də iştirak etmişlər.

Milli proqramın tərkib hissəsi kimi 15 noyabr 2006-cı il tarixində sosial partnyorların imzaladıqları «Layiqli əməyin milli proqramı» çərçivəsində müxtəlif istehsalat müəssisələrində, o cümlədən yüksək zədələnmə mənbəyi olan inşaat sahəsində əməyin mühafizəsi və təhlükəsizliyi üzrə kompleks yoxlamalar aparılmışdır.

Həmkarlar ittifaqları əməyin mühafizəsi və təhlükəsizliyi məsələləri üzrə 20-dən artıq qanunverici və normativ aktın işlənib hazırlanması və təkmilləşdirilməsində iştirak etmişdir. Milli Məclis «Həmkarlar ittifaqları haqqında» Qanuna əməyin mühafizəsinə, əmək və vergi məsələlərinə dair dövlət sənədlərinə düzəlişlər edərkən AHİK mütəxəssislərinin rəyi nəzərə alınmışdır. Məhz konfederasiyanın təklifi ilə müəssisələrin gəlirlərinin vergiyə cəlb olunan hissəsindən profilaktik yeməyin, südün və ona bərabər tutulan qida ərzağının alınmasına yönəldilmiş xərclər çıxarılmışdır.

AHİK-in «Həmkarlar ittifaqlarının informasiya siyasəti haqqında konsepsiyası»na uyğun olaraq «Ülfət» qəzetində «Həmkarlar ittifaqları sağlam və təhlükəsiz əmək şəraiti uğrunda» mövzusunda rubrika açılmışdır. Bu rubrika altında dərc edilən materiallar həmkarlar ittifaqı liderlərini, fəallarını məlumatlandırmaqla yanaşı təcrübə mübadiləsi baxımından da faydalı olub. Bütün bunlar və digər görülmüş işlər əməyin, ətraf mühitin mühafizəsinə, əmək şəraitinin yaxşılaşdırılmasına, ictimai nəzarətin gücləndirilməsinə xidmət göstərmişdir. Statistik məlumatlar da bunu sübut edir. Hesabat dövründə 24 sahə və 1 ərazi həmkarlar ittifaqı orqanının texniki əmək müfəttişlərinin iştirakı ilə 743 yoxlama aparılmışdır. Bu da hesabat dövründən əvvəlki illə müqayisədə 44 yoxlama (5,9%) artıq olmuşdur.

Dəmiryolçuların Müstəqil HİRK-i 117, Rabitə İşçiləri Müstəqil HİRK-i 89, Qaz Təchizatı İşçiləri HİRK-i 80, Naxçıvan MR Hİ Şurası 73, Təbii Sərvətlər və Ekologiya İşçiləri HİRK-i 48, Təhsil İşçiləri Azad HİRK-i 36, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK-i 35, Bələdiyyə Qulluqçuları HİRK-i 34, Metal İşçiləri Hİ Federasiyası («Metal-İş») 30, Kimya Sənayesi İşçiləri Azad HİRK-i 26 yoxlama keçirmişdir.

Respublika komitələrinin əmək müfəttişlərinin apardıqları yoxlamaların sayı sahələrarası orta göstəricidən (25) xeyli yüksəkdir. Əməyin mühafizəsi tələblərinə işəgötürənlər tərəfindən riayət olunmaması səbəbindən və aşkar olunmuş nöqsanların aradan qaldırılması barədə işəgötürənlərə 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 12,5% artıq təqdimat verilmişdir.
Hesabat ilində həmkarlar ittifaqı orqanlarının texniki əmək müfəttişləri orta hesabla 15 təqdimat vermişlər. Naxçıvan MR Hİ Şurası (45), Rabitə İşçiləri Müstəqil HİRK (38), Təbii Sərvətlər və Ekologiya İşçiləri HİRK (37), Metal İşçiləri Hİ Federasiyası (Metal-İş) (34), Qaz Təchizatı İşçiləri HİRK (33), Dəmiryolçuların Müstəqil HİRK-i (30), Təhsil İşçiləri Azad HİRK (26), Kimya Sənayesi İşçiləri Azad HİRK (21), Yerli Sənaye və Kommunal Məişət Müəssisələri Fəhlələrinin HİRK-i, Bələdiyyə Qulluqçuları HİRK (20), «Xidmət-İş» Hİ Federasiyası, Avtonəqliyyat və Yol Təsərrüfatı İşçiləri Müstəqil HİRK-ləri (19) isə bu sahədə daha yaxşı nəticəyə nail olmuşlar.

Texniki əmək müfəttişləri həmkarlar ittifaqı fəalları (əməyin mühafizəsi üzrə ictimai müvəkkillər) ilə keçirdikləri yoxlamalar zamanı aşkara çıxardıqları nöqsanların aradan qaldırılması sahəsində müəyyən işlər görmüşlər. Belə ki, 2640 nöqsanın 85,9%-i müəyyən olunmuş vaxtda həllini tapmışdır.

Hesabat ilində yalnız Neft və Qaz Sənayesi İşçiləri HİRK-in (7), Metal İşçiləri Hİ Federasiyasının, Dəmiryolçuların Müstəqil HİRK-in və İnşaat Kompleksi İşçiləri Müstəqil HİRK-in (hər biri 3) və «Xidmət-İş» Hİ Federasiyasının (2) texniki əmək müfəttişləri dövlət nəzarət orqanları ilə birgə əməyin mühafizəsi üzrə yoxlamalarda iştirak etmişlər.

Hesabat ilində həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri Dövlət komissiyasının tərkibində müntəzəm olaraq yeni tikilən və rekonstruksiya edilən obyektlərə baxış keçirmişlər. Məlumat üçün deyək ki, bu obyektlərdən 18-i qəbul olunmuşdur.

2007-ci ildə müəssisə və təşkilatlarda istehsalatda zədə alanların sayı 30% azalmışdır. (2006-cı ildə bu göstərici 154 olmuşdursa, 2007-ci ildə xəsarət alanların sayı 108 olmuşdur).

Bu göstəricilərin RK-lar üzrə təsnifatı belədir:

Neft və Qaz Sənayesi İşçiləri HİRK-i - 49-38; Dəmiryolçuların Müstəqil HİRK-i 10-1, Kimya Sənayesi İşçiləri Azad HİRK-i - 12-3, Yerli Sənaye və Kommunal Məişət Müəssisələri Fəhlələrinin HİRK-i - 7-4, Təbii Sərvətlər və Ekologiya İşçiləri HİRK-i - 2-1 və s.

2007-ci ildə 9 sahə Respublika Komitəsində - Dövlət İdarələri və İctimai Xidmət, Aviasiya, Müdafiə Sənayesi, Toxucq və Yüngül Sənaye, Avtonəqliyyat və Yol Təsərrüfatı, Bələdiyyə, İnşaat Kompleksi, Qaz Təchizatı və Milli Elmlər Akademiyası İşçiləri HİRK-lərində heç bir bədbəxt hadisə qeydə alınmamışdır.

Hesabat ilində istehsalatda ölüm hadisələrinin sayı 25% azalaraq (2006-cı ildə bu göstərici 48 işçi olmuşdursa 2007-ci ildə bu rəqəmin sayı 36 olmuşdur).

9 sahə həmkarlar ittifaqında, o cümlədən Neft və Qaz Sənayesi İşçiləri RK-da (13-7), Yerli Sənaye və Kommunal Məişət Müəssisələri Fəhlələrinin HİRK-sındə (5-4), «Kənd-Qida-İş» Hİ Federasiyasında (2-1) və sairədə ölümlə nəticələnən hadisələr xeyli azalmışdır. Bu da həmin sahələrin əmək müfəttişlərinin yerlərdə əməyin mühafizəsinə nəzarəti gücləndirməsindən irəli gəlir.
Təhlillər göstərir ki, 2007-ci ildə Naxçıvan MR Hİ Şurası, Kimya Sənayesi, Dəmiryolçu, Qaz Təchizatı, Avtonəqliyyat və Yol Təsərrüfatı, Bələdiyyə Qulluqçuları, Dövlət İdarələri və İctimai Xidmət, İnşaat Kompleksi, Müdafiə Sənayesi, Toxucq və Yüngül Sənaye, Metropoliten və Milli Elmlər Akdemiyası İşçiləri Azad HİRK-in xidmətində olan müəssisə və təşkilatlarda ölüm hadisəsi qeydə alınmamışdır.

Hesabat ilində sahə həmkarlar ittifaqları orqanları özlərinin Rəyasət heyyətlərinin, İcraiyyə Komitələrinin və Plenumlarının iclaslarında əməyin mühafizəsinə aid 116 məsələ müzakirə etmişlər.

Dəmiryolçuların Müstəqil HİRK-də 25, Naxçıvan MR Hİ Şurasında 10, Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri HİRK-də 9, Rabitə və Aviasiya İşçiləri Hİ Respublika Komitəsinin hər birində 8, Yerli Sənaye və Kommunal Məişət Müəssisələri və Təbii Sərvətlər və Ekologiya İşçiləri Hİ Respublika Komitələrinin hər birində isə 7 məsələyə baxılmışdır.

Bu, ilk həmkarlar ittifaqı təşkilatları fəallarının işinin canlanmasına müsbət təsir göstərmişdir. Təhlükəsiz əmək şəraitinin təmin olunması, bədbəxt hadisələrin aradan qaldırılması və iş yerlərinin mövcud sanitar normalara uyğunlaşdırılması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi üçün ilk həmkarlar ittifaqı təşkilatları 1144 məsələni müzakirəyə çıxarmışlar, bu da 2006-cı illə müqayisədə 21% çoxdur.

Müdafiə Sənayesi İşçiləri HİMK (3), Aviasiya İşçiləri HİRK (4), Toxucq və Yüngül Sənaye İşçiləri Müstəqil HİRK (6), «Kənd-Qida-İş» Hİ Federasiyası və Sahibkarlıq və Elm, Elmi-İstehsalat Müəssisələri İşçilərinin Müstəqil HİRK (hər birində 9), Neft və Qaz Sənayesi İşçiləri HİRK (14) və sairədə isə sözügedən məsələlərə baxılması sayca orta sahələrarası göstəricidən xeyli aşağı olmuşdur. Hesabat ilinin təhlili göstərir ki, sahə həmkarlar ittifaqı təşkilatlarının texniki əmək müfəttişlərinin nəzarət orqanları ilə birgə apardıqları yoxlamalar 14,2% aşağı düşmüşdür. 28 həmkarlar ittifaqı orqanından 23-ü bir dəfə də olsun dövlət nəzarət orqanları ilə yoxlamalarda iştirak etməmişdir.

Texniki əmək müfəttişləri işəgötürənlərə apardıqları yoxlamaların sayından az təqdimat vermişlər. Naxçıvan MR Hİ Şurası – 73 yoxlama aparmış, yalnız -45 təqdimat vermişdir, Rabitə İşçiləri Müstəqil HİRK 89-38, Qaz Təchizatı İşçiləri HİRK- 80-33.

Texniki əmək müfəttişləri əməyin mühafizəsi sahəsində apardıqları yoxlamaların yalnız 62,3 faizi barədə müəssisə və təşkilataların rəhbərliyinə və ya iş icraçısına təqdimat vermişlər.

Halbuki, təqdimatların verilməsi əmək müfəttişlərinin fəaliyyətinin əsas göstəricilərindən biri hesab olunur. Xüsusən rayon və şəhərlərdə yerləşən müəssisə və təşkilatlarda profilaktik nəzarət işinə texniki əmək müfəttişləri hələ də lazımi səviyyədə fikir vermirlər. Ezamiyyətdə olduqları 432 gündən (orta hesabla hər bir texniki əmək müfəttişi il boyu ezamiyyətdə 14 gün olmuşdur) yalnız 236 gününü (55%) işçilərin əməyinin mühafizəsi və əmək şəraitinin vəziyyətinin əsaslı yoxlanılmasına ayırmışlar (52 gün bədbəxt hadisələrin təhqiqatına, 144 gün seminarlara və vəzifələrinə aid olmayan işlərə cəlb olunmuşlar). Təhlillər göstərir ki, müəssisə və təşkilatlarda ölümlə nəticələnən bədbəxt hadisələrin cəmi 6%-i texniki qüsurlardan baş verir. Böyük əçksəriyyəti – 94%-i təşkilati səbəblərlə bağlıdır. Təşkilati səbəblərin 75%-i işə rəhbərliyin və nəzarətin olmamasından, 20%-i maşın və mexanizmlərin istifadə qaydalarının pozulmasından və işin düzgün təşkil olunmamasından irəli gəlir. Texniki səbəb isə dəzgah və qurğularda çəpərlərin olmamasıdır. Bu, onu göstərir ki, nəzarətedici orqanlar işəgötürənlərin və işçilərin vəzifə borclarını yerinə yetirmə prosesinə diqqəti zəiflətmişlər.

Yerlərdə əməyin mühafizəsi üzrə dərslərin və biliklərin mənimsənilməsi lazımi səviyyədə aparılmır, əmək və texnoloji intizam yoxdur. Bunlar da ona gətirib çıxarıb ki, vəzifə borclarını bilmədiyinə görə ölənlər arasında dəzgahlarda çalışanlar 39%, hündürlükdən özü yıxılanlar 33%, elektrik cərəyanından zədələnərək dünyasını dəyişənlər 18%, dağıntılar altında qalanlar 21% təşkil etmişlər.

İstehsalatda ölənlərin 28%-ni quraşdırma və söküntü-təmir işləri apararkən həlak olanlar təşkil etmişdir. Özünə arxayınçılıq ucbatından ölənlərin 69%-i 30-dan 60 yaşa qədər olan işçilər, 61% isə istehsalatda 15 ildən yuxarı iş stajı olanlardır. Hələ də həmkarlar ittifaqlarının nümayəndələri ağır nəticəli bədbəxt hadisələrin təhqiqatı zamanı işçilərin sosial hüquqlarını qorumurlar. Komissiya üzvlərinin qanunsuz fikirləri ilə razılaşırlar. Belə ki, ölümlə nəticələnmiş bədbəxt hadisələrin 30%-də ölənlər günahlandırılmışdır. 8 sahə həmkarlar ittifaqı respublika komitəsinin xidmətinə daxil olan müəssisə və təşkilatlarda zədələnmə hadisələri artmışdır: Metal İşçiləri Hİ Federasiyası (Metal-İş) (2006-cı ildə 18, 2007-ci ildə 24 zədələnmə hadisəsi qeydə alınmışdır), Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri HİRK (10-11), «Xidmət-İş» Hİ Federasiyası (3-5), Səhiyyə İşçiləri HİRK (0-3), Rabitə İşçiləri Müstəqil HİRK (1-2).

Hesabat ilində sahə HİRK-rlə keçirdikləri İcraiyyə Komitələrində, Plenumlarda əməyin mühafizəsi məsələlərinə kifayət qədər diqqət yetirməmişlər. İlk həmkarlar ittifaqları komitələrinin də bu məsələlərə münasibəti qənaətbəxş olmamışdır. Məsələn, Avtonəqliyyat və Yol Təsrrüfatı İşçiləri Müstəqil HİRK, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK, Kimya Sənayesi İşçiləri Azad HİRK, Qaz Təchiazıt İşçiləri HİRK-də hər biri 3, Metal-İş-də Federasiyası əməyin mühafizəsi haqda cəmi 2 dəfə məsələ çıxarılmışdır. Baxmayaraq ki, onun xidmətinə daxil olan müəssisələrdə hesabat ili ərzində 23 zədələnmə və 3 ölüm hadisəsi qeydə alınmışdır. «Kənd-Qida-İş» Hİ Federasiyasında (1 və 1) il ərzində yalınz bir dəfə əməyin mühafizəsi məsələsinə baxılmışdır.
Mədəniyyət İşçiləri Müstəqil HİRK, «Baku Stiil Kompani» Həmkarlar İttifaqı Komitəsində isə daha az hərəsi 1 məsələ müzakirəyə çıxarılmışdır.

FAYDALI KEÇİDLƏR