AZ | RU | EN

20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilmişdir

13 Jan 2012

 

 

13.01.12.1Tədbiri açan AHİK sədrinin müavini Aqil Dadaşov 20 Yanvar hadisələrini Azərbaycan xalqının yalnız faciəsi yox, həm də milli-azadlıq hərəkatının uğuru kimi xarakterizə etmişdir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinin daim böyük ehtiramla yad edildiyini xatırladan A. Dadaşov demişdir ki,  ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutub, onların adlarının əbədiləşdirilməsi məqsədilə bir sıra sərəncamlar imzalayıb. O, prezident İlham Əliyevin də 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutduğunu, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərdiyini qeyd edib.

Tədbirdə 20 Yanvar Şəhidləri Fondunun rəhbəri Yusif Bünyadzadə çıxış edərək onlara göstərilən qayğıya görə dövlətə və AHİK rəhbərliyinə minnətdarlığını bildirib.

Sonda 127 şəhid ailəsinin hər birinə 100 manat məbləğində maddi yardım edilib.

FAYDALI KEÇİDLƏR