AZ | RU | EN

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı tədbir keçirmişdir

04 Oct 2011

 

 

Tədbirdə çıxış edən konfederasiya sədri, millət vəkili Səttar Mehbalıyev demişdir ki, ölkədə adambaşına düşən ÜDM 5800 ABŞ dollarına qədər qalxıb. Orta əmək haqqı 1991-ci illə müqayisədə 26 dəfə yüksəlib. 2003-cü ildən bəri yoxsulluq 46%-dən 9,1%-ə enib, işsizliyin qarşısının alınması ilə bağlı ciddi tədbirlər görülüb.

Həmkarlar ittifaqlarının fəaliyyətinə toxunan S.Mehbalıyev qeyd etmişdir  ki, iş yerlərində sahə həmkarlar ittifaqlarına müraciət edilən ərizələrə diqqət və qayğı ilə yanaşılıb. 6 ay ərzində həmkarlar ittifaqlarına 400 mindən artıq ərizə və şikayətlər daxil olub ki, bunların da 85%-i müsbət həllini tapıb: “Çalışırıq ki, işçilərin sosial vəziyyətləri yaxşılaşsın, onların əməkhaqqı ailələrinin dolanması üçün yetərli olsun. Həmkarlar ittifaqlarının əsas vəzifəsi isə iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılmasıdır. Sahə həmkarlar ittifaqlarının tərkibində əmək müfəttişləri də fəaliyyət göstərir. Onlar iş planı və qrafiki ilə tanış olmaq üçün idarə və müəssisələrə gedirlər”.

Tədbirdə həmkarlar ittifaqlarının rəhbərimsil etdiyi qurumun fəaliyyəti haqda danışaraq, müstəqillik illərində əldə olunan uğurlara diqqəti yönəltmişdir.

 

04.10.11.1 04.10.11

 

FAYDALI KEÇİDLƏR