AZ | RU | EN

“Ailə öhdəlikləri olan işçilər haqqında BƏT-in 156 saylı Konvensiyasının iş yerlərində tətbiqi və inkişafı” mövzusunda konfrans keçirilmişdir

21 Feb 2012

21.02.12.5Fevralın 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə “Ailə öhdəlikləri olan işçilər haqqında BƏT-in 156 saylı Konvensiyasının iş yerlərində tətbiqi və inkişafı” mövzusunda  konfrans keçirilmişdir.

Konfransda çıxış edən AHİK sədrinin birinci müavini İlyas Əliyev tədbirin əhəmiyyətindən danışmışdır.

 

O,bildirmişdir ki, Konvensiya, himayəsində uşaqlar və digər yaxın qohumları olan, ailə öhdəliklərini yerinə yetirən işçi kişi və qadınlara şamil edilir. Konvensiya öz milli siyasəti vasitəsilə ailə öhdəlikləri olan şəxslərin haqqı ödənilən əmək fəaliyyətindən istifadə etmələrini, ayrı-seçkiliyə yol vermədən müntəzəm olaraq peşə və ailə vəzifələrini yerinə yetirməli olduqlarınu nəzərdə tutur. Belə ki, ailə öhdəlikləri olan işçilər üçün əməyin azad seçilməsində öz hüquqlarından istifadə etmələri, məşğulluq və sosial təminat baxımından onların ehtiyaclarının nəzərə alınması üzrə milli şəraitlərə və imkanlara dair müvafiq tədbirlər görülür.

BƏT-in baş mütəxəssisi Sergius Qlovaskas təmsil etdiyi qurumun AHİK ilə əlaqələrinin sürətlə inkişaf etdiyini demişdir. Bildirmişdir ki, Azərbaycanın BƏT-in 156 saylı Konvensiyasını ratifikasiya etməsi ölkənin sənədin müddəalarını yerinə yetirmək istəyindən xəbər verir. Bu isə BƏT tərəfindən yüksək qiymətləndirilir.

S.Qlovaskas Konvensiyanın bütün işçiləri əhatə etməsi üçün yerli həmkarlar ittifaqları tərəfindən aydın və konkret planların hazırlanmasının vacibliyini vurğulamış BƏT bununla bağlı lazımi texniki və hüquqi yardım göstərməyə hər zaman hazır olduğunu bildirmişdir.

Sonra konfransda “156 saylı Konvensiya – anlayışı, təsnifatı, tətbiqi”, “Ailə öhdəlikləri olan işçilərin müdafiəsində sosial tərəfdaşların mövqeyi”, “Ailə öhdəlikləri olan işçilərin hüquqlarının təminatı və müdafiəsi üzrə BƏT İşçilər Bürosu və Beynəlxalq Həmkarlar Hərəkatının siyasəti”, “156 saylı Konvensiyanın region, ilk təşkilat və sahələr səviyyəsində həyata keçirilməsi və inkişaf etdirilməsi ilə bağlı həmkarlar ittifaqının fəaliyyət planının hazırlanması üzrə qruplarda iş” mövzularında məruzələr dinlənilmişdir.

 Sonda işçi qruplarının gördüyü işlər müzakirə olunmuşdur.

 

21.02.12 21.02.12.4 21.02.12.3
21.02.12.1 21.02.12.6 21.02.12.2

FAYDALI KEÇİDLƏR