AZ | RU | EN

“İş yerlərində diskriminasiya hallarının qarşısının alınmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir

20 Jun 2013

AHİK sədrinin birinci müavini İlyas Əliyev konfrans haqqında iştirakçılara məlumat vermişdir. Bildirmişdir ki, konfrans ikipilləli əmək bazarında mövcud olan diskriminasiya hallarına qarşı mübarizədə və işçilərin müdafiəsinin yaxşılaşdırılmasında həmkarlar ittifaqlarının rolunu müəyyənləşdirmək məqsədi daşıyır.

Tədbirdə Pan Avropa Regional Şurasının və BHİK-in siyasi məsələlər üzrə müşaviri Olqa Nikolae və BƏT-in işçi bürosunun baş mütəxəssisi Sergius Qlovasqas konfransın mahiyyəti haqqında danışmışlar. İştirakçılara BƏT-in əmək münasibətlərində diskriminasiyaya yönəlmiş konvensiyaları, çərçivə sazişləri və proqramlar barədə izahat verilmişdir.

Sonra AHİK-in iş yerlərində diskriminasiya hallarına qarşı keçirdiyi kampaniya ilə bağlı müzakirələr aparılmış, tendensiya və perspektiv planlar haqqında danışılmışdır.

Konfransın işi işçi qruplarda davam etdirilmişdir.

20.06.13.1 20.06.13.4 20.06.13.3

FAYDALI KEÇİDLƏR