AZ | RU | EN

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR

2 fevral - Gənclər günü münasibətilə tədbir keçirilib

2 fevral 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.
ARDINI OXU

AHİK sədri BƏT-in nümayəndə heyətini qəbul edib

Yanvarın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev Beynəlxalq Əmək Təşkilatının (BƏT) Transmilli Korporasiyalar və Müəssisələrlə İş Departamentinin rəhbəri Githa Roelansın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ARDINI OXU

20 Yanvar Şəhidlərinin məzarı ziyarət edildi

Hər il yanvarın 20-də olduğu kimi, bu il də Şəhidlər xiyabanında böyük izdiham yaşandı. Xiyabana gələn paytaxt sakinləri, əmək kollektivləri şəhid məzarları önünə tər qərənfillər düzüb, 20 Yanvar faciəsində həlak olan qəhrəman Vətən övladlarının  xatirəsini böyük ehtiramla yad ediblər.
ARDINI OXU

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 20 Yanvar şəhidlərinin ailələrinə maddi yardımlar edildi

1990-cı ilin 20 yanvar günündə törədilmiş qanlı hadisələrin üstündən 26 il keçsə də, Azərbaycan xalqı öz fədakar oğul və qızlarını heç zaman unutmur. 
ARDINI OXU

ATİAHİ Respublika Komitəsinin mükafatları təqdim edilib

Yanvarın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında təşkil edilmiş futzal, “Nə? Harada? Nə zaman?” intellektual yarışları və “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırması mərasimi keçirilib.
ARDINI OXU

Səhiyyə işçiləri üçün yeni İstirahət Mərkəzi istifadəyə verildi

Dekabrın 26-da Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Qusar rayonu ərazisində inşa etdirdiyi “Şəfa” istirahət mərkəzi tibb işçilərinin istifadəsinə verilib.
ARDINI OXU

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III Məclisinin iclası keçirilib

Dekabrın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHIK) III Məclisinin iclası keçirilib.Məclis üzvlərinin, respublikanın şəhər və rayonlarından həmkarlar ittifaqı təşkilatları nümayəndələrinin iştirak etdikləri iclasda təşkilati məsələlərə baxılıb.
ARDINI OXU

AHİK “Günəşli” yatağındakı qəza nəticəsində zərər çəkmiş ailələrə maddi yardım etdi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olan, itkin düşən və xilas edilmiş neftçilərə birdəfəlik maddi yardım verilməsi barədə qərar qəbul edib.
ARDINI OXU

AHİK-in sədri Səttar Mehbalıyev BHİK-in Pan-Avropa Regional şurasının vitse-prezidenti seçilib

Dekabrın 15-də Belçikanın paytaxtı Brüssel şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan-Avropa Regional Şurasının 3-cü Baş Assambleyası keçirilib.
ARDINI OXU

AHİK-in İcraiyyə Komitəsinin növbəti iclası keçirildi

Dekabrın 8-də AHİK-in İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclas "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində dünyasını dəyişən neftçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
ARDINI OXU

Xəzər dənizində faciə zamanı həlak olanların və itkin düşənlərin ailələrinə

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində həlak olmuş neftçilərin faciəsi hər bir həmkarlar ittifaqı üzvünü, o cümlədən bizi sarsıtdı. Bu xəbəri üzüntü ilə qarşıladıq. Biz həlak olanların ailələrinə, doğmalarına, yaxınlarına, kollektivlərinin üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik. 
ARDINI OXU

AHİK sədri, millət vəkili Səttar Mehbalıyev fəlakət nəticəsində xəsarət almış neftçilərə baş çəkdi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, millət vəkili Səttar Mehbalıyev Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara baş çəkib.
ARDINI OXU

FAYDALI KEÇİDLƏR